Azərbaycanca По-русски In english
Körpənizin səslərə qarşı reaksiyası çox əhəmiyyətlidir!!!

Körpənizin səslərə qarşı reaksiyası çox əhəmiyyətlidir!!!

Körpənizin səslərə qarşı reaksiyası çox əhəmiyyətlidir!

Yeni doğan körpələrdə eşitmə itkisinin erkən diaqnozu çox vacibdir. Körpədə eşitmə itkisi olub olmadığını çox vaxt hiss etmək olmur. Yüksək səsləri eşidən bir körpənin daha zəif səsləri eşitmədiyi ana-atanın diqqətindən qaça bilər.
3 aylıq bir körpə, danışıq səslərinə, xüsusilə anasının səsinə reaksiya verir, səs-küy olanda oyanır. 6 aylıq körpə səsin gəldiyi istiqamətə baxır, 9 aylıq bir körpə adı çəkildyində həmin tərəfə dönür. 1 yaşında artıq danışıqları dinləyir, sadə əmrləri başa düşür, danışdığı ən az bir -iki sözü olur. Təbii ki, bu zaman diqqətli müşahidə çox əhəmiyyətlidir. Həkimlər üçün ailələrdən gələn reaksiya birinci meyar olmasa da ipucu sayıla bilər. Bu ipuclarını nəzərə alaraq eşitmə itkisini çox dəqiq üsullarla təyin etmək olur. Onsuz da artıq xəstəxanalarda körpə dünyaya gələn kimi, eşitmə qabiliyyətini testlə yolxlamaq olur.
Körpənizin səslərə qarşı reaksiyası çox əhəmiyyətlidir!!!

Uşaqdakı eşitmə itkisi vaxtında müayinə edilməsə müəyyən bir yaşdan sonra uşaq normal danışmaz, çünki körpə eşitdiyi səsləri təqlid edərək danışmağa başlayar. Səsləri eşitmirsə danışmaq yaşına çatdığında danışa bilməz. Yetişkin insanlarda bele bir problem yarandıqda, yəni sonradan eşitmə itkisi yarandığında bəzi səsləri eşitməsə də keçmiş məlumatlarına əsaslanaraq səsləri tamamlayır. Amma uşaq bunu edə bilməz, onun sözləri tam olaraq eşitməsi vacibdir. Ayrıca uşaqda müəyyən dərəcədə eşitmə itkisi olduğu zaman, danışmağa başladığında səsləri səhv tələffüz edər. Ona görə də eşitmə itkisinin erkən dövrdə müəyyən edilib vaxtında müalicə edilməsi çox vacibdir. Əgər körpənizdə belə bir problemin olduğundan şubhələnirsizsə mütləq həkimə müraciət edin.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

"Ölüm ya olum"

Əlbəttə ki, həyatda uzun illər çətinliklərlə qarşılaşmaq da olar, uzun illər bu çətinliklərin...

Sabahın havası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a...

Qar Yasamalı iflic etdi - "Hanı bəs bunların topu, topxanası?!"

"Qum və duzdan çimərlik düzəldəcəklər, yoxsa şoraba tutacaqlar?!" Bakının Yeni Yasamal massivinin...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.