Azərbaycanca По-русски In english
"O səs Türkiyə"ni heyran edən Gülşən kimdir? - fotolar

"O səs Türkiyə"ni heyran edən Gülşən kimdir? - fotolarXəbər verdiyimiz kimi, dünən Azərbaycandan "O səs Türkiyə"yə qatılan Gülşən İbadova ifası ilə bütün münsifləri özünə tərəf döndərə bilmişdi.

Gənc bəstəkar Aysel Kərim Axşam.az-a açıqlama verərək, G.İbadova ilə tanışlığı və işbirliyi barədə danışıb. Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsi olan Aysel Gülşəni bir müddətdir tanıdığını bildirib:

"Bu ilin aprelində Bakı Musiqi Akademiyasının böyük zalında bəstəkarlıq kafedrasının təşkil etdiyi konsertdə romanslarım səslənməli idi. O zamandan Gülşənlə əməkdaşlığa başladıq. Sözləri və musiqisi mənə məxsus olan “Uzun səfər” və “Qış gecəsi” adlı romansları ona təqdim etdim. Birgə fəaliyyətimizi konsertdə uğurla tamamladıq. Hazırda əməkdaşlığımız davam edir. Gülşən xanım bildirib ki, “Uzun səfər”i hər zaman səsləndirmək istəyir".

A.Kərim Gülşən haqda məlumat da verib:

"Gülşən xanım 1986-cı ilin 24 yanvarında Rusiya Federasiyasının Amur Vilayətinin Tambov şəhərində anadan olub və valideynləri ilə birlikdə uzun zaman orada yaşayıb. 1993-cü ildə Azərbaycana köçüb. Uşaqlıqda bir çox müsabiqələrdə birincilik qazanıb. Bakıda 58 saylı orta məktəbi bitirdikdən bir müddət sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının opera solo oxuma şöbəsinə, professor Elmira Quliyevanın sinfinə daxil olur. Vokalın bütün incəliklərini müəlliməsindən öyrənir. Debütü C.Verdinin Aida operasında “Aida” obrazı olub".

Gənc musiqiçinin sözlərinə görə, Gülşənin "O səs Türkiyə"də qeydiyyatdan keçməsində ifaçının yaxın dostu və duet ortağı, Türkiyə vətəndaşı, istedadlı bariton Akın Mahmut vasitəçi olub və ona sürpriz edib. A.Mahmut Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr pilləsində təhsil alır.

Aysel opera sənətinin Azərbaycanda xüsusi yeri olduğunu vurğulayıb:

"Soprano səs tembrli vokalistimizin “O səs Türkiyə” proqramında uğurlu çıxışı hər kəsdə qürur hissi oyadıb. Opera sənəti Azərbaycanda çox yüksək səviyyədə dayanır. Bütün Şərqdə ilk operanın müəllifi dahi bəstəkar Üzeyir Hacıbəyli olub. İlk qadın opera müğənnimiz isə Şövkət Məmmədovadır. Azərbaycanı yüksək səviyyədə təmsil edən, mədəniyyətimizə xidmət göstərən hər kəsi ürəkdən təbrik edirəm. O cümlədən Gülşən İbadovaya hər zaman böyük səhnə nailiyyətləri arzulayıram"."O səs Türkiyə"ni heyran edən Gülşən kimdir? - fotolar
"O səs Türkiyə"ni heyran edən Gülşən kimdir? - fotolarскачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Azərbaycanda atalıq məzuniyyətinə münasibət necədir?

Azərbaycanda qadın və kişilər arasında iqtisadi, siyasi, təhsil və səhiyyə sahəsində fərqlərin...

Ramil Caniyevin cəsədi Azərbaycana göndərilir

Rusiyanın Çelyabinsk vilayətində qətlə yetirilən Ramil Caniyevin cəsədi sentyabrın 14-də...

Karyerasını Şəxsi həyatına dəyişən azərbaycanlı məşhurlar

Demək olar ki, bütün dövrlərdə qadınlar həyatda iki seçim arasında qalır: karyera qurmaq və ya...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.