Azərbaycanca По-русски In english
Azərbaycanda kişi 4 uşaq anası olan arvadını körpüdən atmaq istədi - Sevgilisinə görə

Azərbaycanda kişi 4 uşaq anası olan arvadını körpüdən atmaq istədi - Sevgilisinə görəBakının Hökməli qəsəbəsində kişi həyat yoldaşını polislərin gözü qarşısında körpüdən atmaq istəyib.

Bu barədə Təmiz Dünya İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib. Onun sözlərinə görə, əri tərəfindən zorakılığa məruz qalan 4 uşaq anası ölümlə hədələnib: "Qadın iki aydır ki, sığınacaqdadır. O, mütamadi olaraq əri tərəfindən söyülüb, döyülüb və təhqir olunub. Əri arvadını evdən bayıra buraxma yıb. Bir yerə gedəndə qapını arxadan bağlayıb, axşam gələndə isə onu özü açırmış. Ərinin hərəkətlərindən bezən qadın 3 qızını götürərək evindən qaçıb. Oğlu isə ərində qalıb”.

M.Zeynalova bildirib ki, kişi arvadını taparaq məcburən evə aparmaq istəyib: "Qadın getmək istəməyib, polis çağırıb. Kişi isə arvadını polislərin gözü qarşısında Xırdalandakı Dəyirman körpüsündən atmaq istəyib. Polislər isə ona mane olub. Kişinin həyatında başqa qadın var. Dəfələrlə qadının əri ilə danışmağa cəhd etsək də onu tapa bilməmişik”.

M.Zeynalovanın sözlərinə görə, kişi iyun ayından 157-ci maddə ilə axtarışdadır: "Amma təəssüf ki, həmin kişi ilə bağlı heç bir tədbir görülməyib. Kişi bilmir ki, arvadı sığınacaqdadır, biz onu gizlədirik. Bilsə bəlkə də bura da hücum çəkər”.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Snayper qonşu evə daxil olan 3 oğrunu peşman etdi

Keçmiş hərbi snayper öz evinin yataq otağının pəncərəsindən qonşusunun evinə daxil olan 3...

Uşağım qucağımdan düşmür

İlk addımlarını atmaq uşağınız üçün möhtəşəm bir yenilikdir. Aylarla qucaqda daşındıqdan sonra uşaq...

Bəzi yerlərdə şaxta olacaq

Bakıda və Abşeron yarımadasında dekabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.