Azərbaycanca По-русски In english
Milli Məclisdə qalmaqal..!!!

Milli Məclisdə qalmaqal..!!!Milli Məclisdə qalmaqal
Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında mübahisə olub.

Oxu.Az azvision.az-a istinadən xəbər verir ki, buna səbəb Zahid Orucun ümumi müzakirələrdə çıxış üçün yazılmaq istəməsidir.

Spiker ona irad tutaraq “Deputatlar çıxışlara öncədən yazılıblar, siz hövsələsizlik edirsiniz”, - deyib.

Buna baxmayaraq, müzakirələrdə Z.Oruca söz verilib. Deputat ABŞ-da keçirilən seçkilərə münasibət bildirib və çıxışının sonunda spikerə xitabən:

“Hörmətli sədr, yəqin ki, sizin bu çıxışa reaksiyanız olacaq, amma bu, mənim şəxsi mövqeyim idi”, - deyib.

O.Əsədovun cavabı gecikməyib:

“Zahid Oruc, mən sənə bir söz dedim? Söz istədin, mən də çıxışa şərait yaratdım”.

Z.Orucun təşəkkürünün qarşılığında sədr “mən də sənə təşəkkür edirəm” deyə cavab verib.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Yeni doğan körpələrdə dəri baxımı

Körpədə dəri baxımı necə olmalı? Körpənizin doğumdan sonra xarici dünyaya adaptasyonu əsnasında...

Ölən arvadına yas verdi - Məlum oldu ki, özü öldürüb

Salyan rayonunda ölən şəxsin qətlə yetirildiyi məlum olub. Bu barədə rayon prokurorluğundan...

Cəbhədəki vəziyyətlə bağlı sosial şəbəkələr bağlanır? - ÖZƏL AÇIQLAMA

Cəbhədə gərginlik yarandığı zaman mediada dezinformasiyaların yayılması adi bir hala çevrilib. ...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.