Azərbaycanca По-русски In english
"Milyonları olan deputat maaşından şikayətlənirsə, 70 manat alan təqaüdçü neynəsin bəs?"

"Milyonları olan deputat maaşından şikayətlənirsə, 70 manat alan təqaüdçü neynəsin bəs?"
Son günlər bəzi deputatlar aldıqları maaşdan narazılıq edir. Bu məsələ cəmiyyətdə böyük narazılıqla qarşılanıb.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev AZXEBER.COM-a açıqlamasında bəzi millət vəkillərini kəskin tənqid edib.
O deyib ki, həmin deputatlardan ilk olaraq onu soruşmaq lazımdır ki, sizin yüz milyonluq obyektləriniz hardandır: O deputatlar elə etməsinlər ki, hamısının yüzminlik mülklərinin adını sadalayım. O deputatlar bəzi məmurlar kimi rüşvətin içində itib batırlar. Deputat səlahiyyətlərindən istifadə edirlər. Onların milyardları var. Ona buna "xox" gəlməklə, nazirlərin qapılarını kəsməklə özlərinə dövlətin içində dövlət qurublar. Düşünmürlər ki, 270 manat maaş alan işçi, 250 manat alan həkim yaxud da ki, 70 manat alan təqaüdçü neynəsin. Razı deyillərsə hamısı mandatlarını qoysun yerə çıxıb getsinlər ölkədən.

Partiya sədri qeyd edib ki, deputatlar maaşdan əlavə "paket" də alırlar: "Onlar maaşdan əlavə paket alırlar. Onların maaşı 2000 manatla bitmir. Əksəriyyətinin zavodu var, fabriki var, şərikli biznesləri var. Ağlamağa əsasları yoxdu. Sadəcə olaraq gözdən tül asırlar. Onlar bir gün bütün bunlara görə hesab verəcəklər. Özlərini deputat - xalqın təmsilçisi kimi yox, bəzi nazirlərin himayədarları kimi aparırlar. Danışıqları əsasızdır. Görürlər ki, ölkədə iqtisadi çətinlik var hamısı papaqlarını qoyub qaçmaq istəyir. Kişilikləri çatır axıra qədər dursunlar, prezidentə köməklik etsinlər. Onların o cəsarətləri yoxdur. Hamısının milyardları var. Rayonlardakı böyük fermalar, parniklər, böyük bizneslər onlara baxır. Məsələn Hadı Rəcəblini gördünüz Lənkəranın yarısını alıb. Orada hoteli var. Öz heykəlini də o hotelin qabağında qoydurub. Əksəriyyətinin dənizdə mülkləri var. Yəni bu adamlar Azərbaycanın sərvətlərini öz aralarında bölüşdürüblər. Göz qabağındadır qudurğanlıqları. Ona görə də narazı olmamalıdırlar. Düz danışmırlar. Hamısını ifşa etmək lazımdır"скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Azərbaycanda hava qeyri-sabit keçəcək, qar yağacaq, temperatur aşağı enəcək

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli...

Saleh Bağırov ata oldu

Məşhur teleaparıcı Saleh Bağırov ata olub. Oxu.Az xəbər verir ki, aparıcı bu barədə sosial...

Leyla Əliyevanın ad günündən fotolar

Ölkə başçısı İlham Əliyevin böyük qızı Leyla Əliyevanın ad günü olub. Axşam.az-ın məlumatına görə,...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.