Azərbaycanca По-русски In english
Qayınana ilə dil tapmaq istəyənlər üçün 5 məsləhət

Qayınana ilə dostlaşmaq – ailə quran hər bir gənc xanım üçün vacib məsələlərdən biridir. Qayınana sizi əvvəldən qızı kimi qəbul edərsə, xoşbəxt xanımsınız. Bəs qəbul etməsə? Bu məqalədə qayınana ilə dil tapmaq üçün 5 effektiv mesleheti diqqətinizə təqdim edirik. 

Sizə lazım olacaq: 
- şən, səmimi gülümsəmə 
- un, alma, çay dəmi 
- gözəl qab-qacaq və süfrə 
- qayınana ilə dostlaşmağa səmimi istək. 

1-ci məsləhət. Çalışın əvvəldən qayınanadan ayrı yaşayasınız. Bu halda qayınana ilə səmimi münasibətlər qurmağa daha çox şansınız olacaq. Əgər ayrı yaşamağınız bəzi səbəblərdən mümkün deyilsə, bəzi çətinliklər yaranacaq, lakin onların da qarşısını almaq olar. İlk növbədə, qayınananızın şəxsi həyatına olan hüquqlarını tanıyın. O, sizin istəyinizlə nəvələriilə oturmalı deyil, bunu özü istədiyi halda etməlidir. 

2-ci məsləhət. Əgər qayınananızla savaşmısınız, lakin ona nə isə işiniz düşüb, vaxt tapıb almalı piroq bişirin. Piroq bişirə bilmirsinizsə, hazır tort alın. Lakin öz əlinizlə hazırlasanız daha yaxşı olar ki, qayınananız tortu rüşvət olaraq qəbul etməsin. Masaya ən gözəl süfrə salın, qayınananızı süfrəyə dəvət edin (əgər o, sizdən ayrı yaşayırsa, onu qonaq çağırın). Səmimi gülümsəyin, qayınananıza ətirli çay süzün. 

3-cü məsləhət. Qayınananızın həyatı ilə maraqlanın (ən azından maraqlanan kimi görünün) – ondan işi və sağlamlığı barədə soruşun. Qayınananızı yola salarkən, söz gəlişi deyin ki, şənbə günü sizi qonaq dəvət ediblər və uşağı bilmirsiniz kiminlə saxlayasınız... bu cür qonaqpərvər davranışdan sonra o, sizə "yox” deyə bilməyıcık. 

4-cü məsləhət. Mütəmmadi olaraq qayınananız üçün belə "qəbullar” təşkil edin. Heç olmasa ayda bir dəfə. Şərt deyil ki, nəisə xahiş etmək istədiyinizdə bunu edəsiniz – hərdn bir, sadəcə qayınananızın könlünü almaq üçün bunu edin. Qayınananız sizdən məmnun olacaq. 

5-ci məsləhət. Əgər siz qəti surətdə qayınananızı qəbul edə bilmirsinizsə, yenə də yuxarıda qeyd etdiyimiz məsləhətlərə riayət edin. Həyat yoldaşınız görsün ki, siz münasibətlərinizin yaxşılaşdırılması üçün əlinizdən gələni edirsiniz. Və ən əsası – həyat yoldaşınızın yanında anası haqqında yalnız müsbət sözlər danışın, ondan şikayət etməyin. Çünki kişilər analarını çox istəyir, və qayınananızla aranızdakı istənilən mübahisəli məsələlərdə yoldaşınız sizi günahkar biləcək. Ailənin səadəti üçün qayınananızı çox istədiyinizi də demək olar, elə deyilmi? скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Atalar və uşaqlarının xoşbəxt anları - fotolar

Ata olmaq çətindir: yuxusuz gecə, narahatlıq, nigaranlıqdır. Amma həm də fərəh hissidir. Övladının...

Səhər saatlarında Sumqayıtda YANĞIN

Sumqayıtda səhər saatlarında yanğın faktı qeydə alınıb. Trend-ə Fövqəladə Hallar Nazirliyindən...

Fərəhin anası: Balamı gəlin donuna deyil, kəfənə bürüdüm – FOTO

"Arzuları ilə bir yerdə getdi Fərəhim....” Bunu açıqlamasında 12 yaşlı Fərəf Yaqubovanın 3...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.