Azərbaycanca По-русски In english
Körpənin çəkisi

Doğuş zamanı körpənin çəkisi 
Körpənin çəkisi onun necə inkişaf etməsinin göstəricisidir, belə ki, ilk bir neçə ay ərzində mütəmadi olaraq ölçü vacibdir. Yeni doğulmuşlar onların valideynləri kimi bütün forma və ölçülərdə olur. Doğuşda körpələr adətən 2 - 5 kq arasında olur. Hamiləlik zamanı sağlamlığınız, eləcə də sizin və yoldaşınızın quruluşu körpənin doğum çəkisinə təsir edən amillərdən bəziləridir. 

Yeni doğulmuş körpənin çəkisinin azalması 
Anadan olandan sonra bütün körpələr arıqlayır - bir çoxu ilk bir neçə gün ərzində ümumi doğum çəkisinin 10%-ni itirir. Ana südü ilə qidalanma rejimi oturandan sonra və bədəniniz süd ifrazına öyrəşəndən sonra körpəniz yenidən kökəlməyə başlayacaq. Bir qayda olaraq, bu təxminən 10 gün çəkir. 

Yeni doğulmuş körpənin çəkisinin ölçülməsi 
Körpənin çəkisi ilk bir neçə ay diqqətlə ölçülərək, sağlam inkişafına nəzarət ediləcəkdir. Körpənin artımı \'inkişaf qrafiki\" istifadə edərək ölçülür, lakin bu yalnız bir bələdçidir. Körpəniz qrafikin aşağısı və ya ən yuxarısından başlasa, narahat olmayın - bu onun çox kilolu və ya çox arıq olmasını göstərmir. Sizin həkiminiz burada körpənin qrafikə uyğun stabil inkişaf etməsinə baxır. 

Körpənin çəkisi nə qədər artmalıdır? 
Çəki ilkin azaldıqdan sonra, sizin körpəniz yəqin ki, ilk bir neçə həftədə hər həftə 175-225 qr çəki alacaq. 6 ayına çatanda körpəniz yəqin ki, doğum çəkisinin iki qatı qədər olacaq və bundan sonra artım tədricən yavaş olacaq. Hərdən çəki normadan sürətli artacaq və ya azalacaqdır, bunun səbəbi sürətli inkişaf mərhələləri və ya xəstələnmələrdir. Körpənin çəkisi əlavə qidaya keçid zamanı və hərəkətliliyi artan zaman da dəyişə bilər, çünki bu zaman körpə yeni qidalara dərhal öyrəşə bilmir. Ən əhəmiyyətlisi körpənin çəkisinin stabil şəkildə artmasıdır. скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Nə üçün yaş artdıca zaman sürətlə keçir?

Yəqin gənclik dövrünü yaşamış hər kəs eyni fikirdədir ki, yaş irəlilədikcə zaman sanki çox sürətlə...

Körpənizə Brokkoli şorbası

Tərkibi: 1 ədəd kəvər 

Bakı çimərliklərində dəhşət: 1 gündə 6 nəfər öldü

İyulun 30-da Bakı şəhərinin ətrafındakı çimərliklərdə 6 nəfər boğularaq ölüb. Lent.az dünən baş...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.