Azərbaycanca По-русски In english
Körpələrdə qaytarma

Körpələrdə turşu qaytarmanı başa düşmək 
Sağlam körpələr tez-tez az miqdarda süd qaytarır, bu çox normal haldır. Bəzən onlarda qusma da ola bilər. Bu, turşu qaytarma sayılmır və narahat olmağa dəyməz. Bu cür qaytarmalar adətən 4-6 ayında baş verir və 12 ayından sonra tamamilə keçib gedir. 

Körpəniz vaxtaşırı qaytarırsa, narahatlıq keçirmirsə və çəkisi artırsa, bu bir problem deyil. Lakin körpəniz müntəzəm surətdə və çox miqdarda qusursa, qidalanarkən çətinlik və ya narahatlıq olursa, turşu qaytarması ola bilər. 

Körpələrdə turşu qaytarmasının səbəbləri 
Körpələr qida borusu və mədə arasında klapan hələ tam inkişaf etməyib, belə ki, doğru zamanda işləməyə bilər və ya tamamilə mədəni bağlamaq üçün gücü çatmaya bilər. Süd buradan boğaza qaytarıla və oradan da ağızdan geri tökülə bilər. Qusma, həmçinin, körpənizin qidalanma üsulundan (çox sürətlə, birdəfəyə çox miqdarda, həddindən artıq hava udma), maşında ürəkbulanmadan və ya xəstəlikdən baş verə bilər. 

Körpələrdə reflüks əlamətləri 
Körpənizin refluksdan əziyyət çəkdiyini başa düşməyin əlamətləri aşağıdakılar ola bilər: 
Gəyirmə və ya qusma 
Nəm gəyirmə və ya tez-tez hıçqırıqlar 
Daimi və ya ani ağlama 
Qıcıqlanma və ağrı 
Adətən tez-tez oyanmalarla zəif yuxu vərdişləri 
Yemək yeyərkən və ya yedikdən sonra boyunu və beli əymə 
Körpədə turşu refluksunun müalicəsi 
Əgər körpənizə refluks diaqnozu qoyulubsa, onu qidalandırma, tutma və geyindirmə tərzini dəyişməyin müsbət təsiri olacaq. Az miqdarda lakin tez-tez qidalandırma körpənizin mədəsinin tam dolmasının qarşısını alacaq. Qidalandırarkən və qidalandırdıqdan sonrakı 20 dəqiqə ərzində körpəni şaquli şəkildə düz saxlamaq hər şeyin qaydasında olmasına kömək edəcək. Qidalandırma zamanı və qidalandırdıqdan sonra körpəni gəyirtmək də, həmçinin, refluksu azalda bilər. Mədəsi ətrafında dar olan geyimləri körpələrə geyindirməyin, çünki onlar həzmetməyə mane ola bilər. 

Əgər şüşə ilə qidalandırısınızsa, Sümsü ağacının paxlasının kamedisi qatılaşdırır və hava udmasının qarşısını alır. Qatışıq daha sonra mədədə qalınlaşır və gəyirmənin qarşısını alır. Körpənizdə ciddi refluksun olduğundan narahatsınızsa, biz sizə həkiminizlə və ya farmaseftlə danışmağı məsləhət görürük.​ скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Səlim Müslümovdan pensiyalarla bağlı şad xəbər

"Azərbaycanda iyun ayı üzrə pensiyaların verilməsi Ramazan bayramına kimi yekunlaşacaq". Oxu.Az...

Erkən doğulmuş uşaqlara qulluq

Erkən doğulan körpələrin orqanizmləri daha zəif olduğündan xüsusi diqqət və baxıma ehtiyacları...

Körpələrin bürcləri

Əgər körpəniz Qoç bürcündəndirsə, ona körpə oyuncağı verib, dinc oturmasını gözləməyin. Belə şey...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.