Azərbaycanca По-русски In english
"Türk Hava Yolları" 4 günə 100 mln. lirə zərər edib

"Türk Hava Yolları" 4 günə 100 mln. lirə zərər edib
Bakı. 10 yanvar. REPORT.AZ/ "Türk Hava Yolları" (THY) aviaşirkətinin İstanbula yağan güclü qar səbəbindən son 4 gündə 1 000-dən çox uçuşu ləğv etdiyi bildirilib. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu səbəbdən THY 15 min nəfəri hotellə təmin edib, 40 min nəfərə isə qida yardımı paylayıb. Nəticədə, THY-nın son 4 gündə uğradığı zərərin həcmi 100 mln. lirəyə (28 mln. ABŞ dolları) çatıb.
Bir çox təyyarəni başqa hava limanlarına endirməyə məcbur qalan THY-nın zərəri təyyarələrin havada dövr edərək əlavə yanacağ sərf etməsi səbəbindən daha da artıb. THY-nın zərər etməsi İstanbul Fond Birjasında onun səhmlərinin qiymətinə də mənfi təsir edib. Belə ki, dünən, yanvarın 9-da THY-nın səhmləri 4,87% ucuzlaşıb. Qar səbəbindən THY-nın 2017-ci ilin ilk rübünü hətta zərərlə tamamlanması gözlənilir.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Erməni zabit Azərbaycana keçmək üçün müraciət etdi - FOTO

Bir neçə gün əvvəl Ermənistan ordusunun zabiti Norayr Georgiyeviç Minosyan haqqin.az saytının...

Azərbaycana İŞİD xəbərdarlığı

Avropa Təhlükəsizlik və İnformasiya Departamentinin baş katibi, Beynəlxalq İnsan Hüquqları üzrə...

"Kraliça" nəticəsinin bezini dəyişərkən (FOTOLAR)

86 yaşlı Böyük Britaniya Kraliçası II Elizabeti nəvəsi şahzadə Uilyamsın yeni doğulmuş qızının...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.