Azərbaycanca По-русски In english
175 nəfəri imtahandan keçirib iş verəcəklər

175 nəfəri imtahandan keçirib iş verəcəklər
Sabah Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində yaradılan Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul müsabiqəsinin imtahan mərhələsi keçiriləcək.

MMilli.Az xəbər verir ki, idarədən Trend-ə verilən məlumata görə, imtahanda TDM-də metodist (mentor) kimi çalışmaq arzusunda olan 175 nəfərin iştirakı nəzərdə tutulub.

İmtahan elektron formada aparılacaq. Suallar təhsil qanunvericiliyi və ixtisasla bağlı mövzuları əhatə edəcək. Daha sonra imtahan iştirakçıları təqdim olunmuş mövzulardan birini seçərək esse yazacaqlar. İmtahandan müəyyən edilmiş balı toplayan şəxslər müsahibə mərhələsinə buraxılacaqlar.

Qeyd edək ki, Təlimə Dəstək Mərkəzində metodist (mentor) kimi çalışmaq arzusunda olanlar üçün sənəd qəbulu 2-28 dekabr 2016-cı il tarixlərində keçirilib.

Təlimə Dəstək Mərkəzinin yaradılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin edilməsi, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsindən ibarətdir.

Təlimə Dəstək Mərkəzi BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrinə müasir təhsil proqramlarının tələblərinə əsaslanan metodist (mentor) dəstəyi verəcək və məktəblərdə keyfiyyətin təmin edilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə metodiki yardım göstərəcək.

Mərkəzdə Təlimin təşkili və idarəetmə, Tədrisin idarə olunması, Təhsilalanlarla işin təşkili və idarə olunması, Fənn kurikulumlarının tətbiqinə nəzarət, E-resurs bölmələri fəaliyyət göstərəcək.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Hamiləlikdə sağ tərəfi üstə yatmayın!

Edilən araşdırmalar hamilələrin sağ tərəfi üstə yatmaları ölü doğum riskini artırdığını göstərir....

Nazir 31 yaşlı gənci prorektor təyin etdi.

Bakı Mühəndislik Universitetinə yeni prorektor təyin olunub. Qafqazinfo-ya istinadən xəbər veririk...

"Bakı 2015"in açılışından tam video

"Bakı 2015"in açılış mərasimi Avropa Oyunlarının rəsmi YouTube kanalında yayımlanıb. Axşam.az...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.