Azərbaycanca По-русски In english
Dabanlara Qulluq

Bəzən istəməsək də dabanlarda çatlar əmələ gəlir.Bunun aradan qaldırılması üçün ev şəraitində bəzi proseduralar etmək məsləhətdir. 

1) Vannaya təxminən 5-7 l isti su tökün.Həmin suya 1 x.q soda və 2 x.q. istənilən maye sabun əlavə edin. Ayaqları bu suda su ilıq olana kimi saxlayın. 
Problemli hissəni süngərdaşı (dabandaşı ) ilə sürtün, sonra ayaqları təmiz su ilə yaxalayıb dəsmalla qurulayın və dabanınıza yağlı krem çəkin. 
Kremin hazırlanması : 
Yağlılığı yüksək olan istənilən kremin 1 tübikini 2x.q. gənəgərçək və ya zeytun yağı ilə qarışdırın, hazır məhlulu dabanınıza sürtdükdən sonra pambıq corab geyinməyiniz məsləhətdir. Bu prosedurani axşam yatmazdan əvvəl etmək məqsədəuyğundur. 

2) Yatmazdan əvvəl corabın içinə xardal tozu töküb geyinin, bu corabın üstündən də bir az qalın corab geyinib yatın. Yaxşı olardı ki, səhəri gün bu corablar axşama kimi ayağınızda qalsın. Corabı çıxartdıqdan sonra qurumuş dəri asanlıqla süngərdaşı ilə təmizlənir. Sonra dabanlara krem çəkilir. 
Bu proseduranı həftədə 1 dəfə etmək olar. скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Daha bir Tatlıtuğ gəlir

Film və serial sektoruna daha bir Tatlıtuğ gəlir. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər...

Uşaq əşyaları: 3 aydan 6 aya qədər

3 aydan 6 aya qədər 3 ayı tamam olanda körpəniz başını diş tutub sizə gülümsəyə biləcək və 6 yaşı...

Uşaqlarda immunitet sistemini gücləndirmək üçün 5 Təklif!!

5 qızıl qayda sayəsində uşağımızın xəstəliklərdən qoruya bilərik. 1- Gigiyena qaydaları: İmmunitet...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.