Azərbaycanca По-русски In english
Avtomobillərin parklanması qaydaları DƏYİŞDİ

Avtomobillərin parklanması qaydaları DƏYİŞDİ
Prezident İlham Əliyev "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri təsdiq edib.

Dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmış müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə 10 manat məbləğində cərimə edilir.

Nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə 10 manat məbləğində cərimə edilir. Əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə 10 manat məbləğində cərimə edilir.

Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə 10 manat məbləğində cərimə edilir.

Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə 20 manat məbləğində cərimə edilir.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

"Survivor All Star"ı tərk edən yarışmaçının ailəsi - fotolar

TV8-in ən reytinqli proqramı "Survivor All Star"ı son həftə tərk edən Bozok Gören Türkiyəyə dönür. ...

Uşaq öskürür!

Əksər hallarda uşaqlarda öskürəyin səbəbi kəskin bronxit olur. 

Bakının küçələri yağış sularına qərq oldu – FOTO

Bu gün Bakıda yağmağa başlayan güclü yağış bir sıra çətinliklər yaradıb. Yağış suları həm...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.