Azərbaycanca По-русски In english
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, fevralın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Bəzi yerlərdə zəif duman olacağı gözlənilir.
Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2° şaxtadan 1°-dək isti, gündüz 4-7° isti, Bakıda gecə 1°-dək şaxta, gündüz 4-6° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, fevralın 15-də Abşeron yarımadasında gün ərzində arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Uzunömürlülüyün yeni üsulu tapıldı

ABŞ-ın Yel Universitetinin alimləri insan orqanizminin insulinə qarşı həssaslığını tənzimləyən...

23 yaşlı qız Facebook-da bu sözləri yazıb intihar etdi - FOTO

Adanada anasını itirdikdən sonra psixoloji sarsıntı keçirən 23 yaşlı İngilis dili müəllimi canına...

Azərbaycan boks yığması İslamiadanın ən güclüsü olub

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında boksçuların mübarizəsi başa çatıb....

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.