Azərbaycanca По-русски In english
Bakı sakinləri 14 fevralı sevgililər günü kimi qəbul edirmi? - SORĞU

Bakı sakinləri 14 fevralı sevgililər günü kimi qəbul edirmi? - SORĞU
Bu gün 14 fevral Müqəddəs Valentin, başqa sözlə Sevgililər Günüdür. Şəhəri qızılgüllə və ya yumşaq oyuncaqla gəzişən cütlüklər bəzəyir. Məhz bu tarixdə əksər insanlar çalışırlar ki, sevgisini göstərsin. Hətta ilboyu sevgisiz yaşayanlar belə bu gün bəxtlərinin onların üzlərinə güləcəyini düşünür.

Amma əksər şəhər sakinləri 14 fevralı sevgi bayramı kimi qəbul etmir. Onlar bunu ya milli, ya da dini səbəblərlə əsaslandırır. Məsələnin həssaslığını nəzərə alıb "ACT Azərbaycan" paytaxt sakinləri arasında sorğu keçirib: 14 fevralı sevgililər günü olaraq qəbul edirsinizmi?

Milli.Az sorğunun nəticəsini təqdim edir.

Rəyi soruşulmuş sakinlərin böyük əksəriyyəti bu günü sevgililər günü kimi qəbul etmir (64 %). Əsasən, yaşlı nəsil (55-64 yaş aralığı) bu bayrama qarşı dözümsüz yanaşır (73 %). 14 fevral tarixini sevgi bayramı kimi qəbul edənlər isə, əsasən, 25-34 yaş aralığında olan gənclərdir (47 %). Maraqlısı odur ki, yeniyetmələr və erkən gənclik illərini yaşayanlar (18-24 yaş aralığı) sevgililər gününə nisbətən az maraq göstərir (41 %).

14 fevral - Sevgililər Günü qadınları iki cəbhəyə bölüb. 50 % qadın bayramı qeyd etsə də, digər 50 % bundan imtina edir. Sevgi bayramını qeyd etməyənlərin əsas səbəbi isə sevgi gününü yaşlarına uyğun görməmələridir (29 %).

44 % kişi isə bu il Müqəddəs Valentin gününü bayram kimi qeyd etsə də, yerdə qalan 56 % bu günü sıradan bir gün olaraq yaşayacaq. Buna əsas səbəb isə sevgililərinin olmamasıdır (38 %).

Sorğu 24 dekabr - 3 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Bərdədə ağır yol qəzası - 2 ölü, 4 yaralı

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 13-də saat 15 radələrində Bərdə...

Manatın sabaha MƏZƏNNƏSİ

Mərkəzi Bankdan Milli.Az-a verilən məlumata görə, 11.01.2017-ci il tarixinə USD/AZN rəsmi məzənnəsi...

Cəbhədə vəziyyət gərginləşdi: kəndlərimiz atəş altında

Son sutka ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.