Azərbaycanca По-русски In english
Proqnozlar Bürosu: Qarlı hava şəraiti sabahadək davam edəcək

Proqnozlar Bürosu: Qarlı hava şəraiti sabahadək davam edəcək
Azərbaycanda bu gün müşahidə olunan qarlı hava şəraiti sabaha qədər davam edəcək”.
Bunu “Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.
O vurğulayıb ki, əvvəlcədən xəbər verildiyi kimi hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə edilir: “Hazırda həm bölgələrdə, həm də paytaxtda qarlı hava şəraiti müşahidə olunur. Belə hava şəraiti fevral ayının 18-dək davam edəcək”.
G.Məmmədova qeyd edib ki, hazırda ölkə ərazisində arabir güclənən şimal küləyi əsir: “Küləyin axşama doğru mülayimləşəcəyi gözlənilir”.
O qeyd edib ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında -2 dərəcəyədək şaxta təşkil edib.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Dünyanın ən uzun ayaqlı qadını :

.Avstraliyanın Melburn şəhərində yaşayan sabiq model, 39 yaşlı Kerolayn Arturun ayaqları gerçəkdən...

“Güzəştli mənzil” əldə etmək istəyənlərə ŞAD XƏBƏR

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ...

Qurbanlıq heyvanlar bu yerlərdə satılacaq - ÜNVANLAR

Sentyabr ayının 1-də səhər saat 9:00-dan etibarən Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.