Azərbaycanca По-русски In english
Azərbaycan manatı necə istehsal edilir - AZN-lə bağlı bilmədikləriniz...

Azərbaycan manatı necə istehsal edilir - AZN-lə bağlı bilmədikləriniz...
Azərbaycan manatının (AZN) texniki parametrləri İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb.

Metbuat.az bildirir ki, manatın dizaynı isə Avstriyanın “OeBS” şirkətinin dizayneri, Avro əskinaslarının dizayn müsabiqəsinin qalibi və Avronun müəllifi Robert Kalinaya məxsusdur.

Azərbaycan manatının mühafizə sistemi isə xüsusi “mühafizə fəlsəfəsinə” uyğun İsveçrə Milli Bankı ilə əməkdaşlıq nəticəsində hazırlanıb. Belə ki, yeni nəsl əskinaslar 4 pilləli mühafizə sisteminə malikdir. 1-ci dərəcəli xüsusi avadanlıq tələb olunmadan əhali tərəfindən, 2-ci dərəcəli ticarət müəssisələri tərəfindən sadə cihazlarla, 3-cü dərəcəli banklar tərəfindən xüsusi avadanlıqlarla və 4-cü dərəcəli yalnız bank-emitent (Mərkəzi Bank) tərəfindən müəyyən edilir. Burada əsas məqsəd əhali tərəfindən yeni əskinasların həqiqiliyini xüsusi bilik və səriştə olmadan müəyyən edilməsini mümkün etməkdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib. Yeni dizaynla 1 və 10 manatlıq əsginaslar həmin şirkətdə istehsal olunub. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, suverenliyin əsas atributlarından sayılan milli valyuta olan manat 1992-ci ilin 15 avqust tarixindən etibarən tədavülə buraxılıb. Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” fərman imzalanıb. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçilib.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Əsəbilik və yorğunluq..

Əsəbisiniz? yorğunsunuz? Yuxusuzsunuz? Bu problemlər sizdə də varsa səbəbləri və çarələri haqqında...

Leyner xəstəliyi

Xəstəlik onun əmələ gəlmə səbəbini tapan adamın adını daşıyır. Uzun illər xəstəliyin əmələ gəlmə...

"Türk Hava Yolları" 4 günə 100 mln. lirə zərər edib

Bakı. 10 yanvar. REPORT.AZ/ "Türk Hava Yolları" (THY) aviaşirkətinin İstanbula yağan güclü qar...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.