Dəriyyə qulluq!!
30 gün ərzində necə gözəlləşmək olar?Bilmək istəyirsinizsə aşağıda yazılanları nəzərdən keçirin.
1.Hər səhər 1 xörək qaşığı kətan toxumu çeynəyib udun, arxasınca da 1 stəkan ilıq su için, yarım saat sonra yemək yeyin. Bu sizin orqanizminizi təmizləyəcək, dərinizi cavanlaşdıracaq və təzələyəcək.Kətan toxumu sizin saçlarınızı və dırnaqlarınızı da möhkəmləndirəcək, saçlarınız daha da parlaq olacaq.
2.Hər gün yediyiniz salata bişmiş çuğundur əlavə edin. Bunu səhər və ya axşam fərqi yoxdur, gündə ən azı bir dəfə edin. Çünki çuğundurun qanı təmizləmək qabiliyyəti var. Qanın təmiz olmasının isə dəri başda olmaqla bütün orqanizmə təsiri çox böyükdür. Uzun müddət çuğundur yemək, daxili orqanların fəaliyyətini yaxşılaşdırmaqla əhval-ruhiyyəni qaldıracaq və sizi gümrahlaşdıracaq.
3.Hər gün yatmazdan yarım saat əvvəl üzünüzün dərisinə qliserin və E vitamininin qarışımını sürtün. Bunun üçün 30 qram qliserinə 10 kapsul E vitamin əlavə edib qarışdırın və şüşə qabda saxlayın. Qarışımı üzünüzə sürtdüyünüz zaman barmaqlarınızın ucu ilə üzünüzü massaj edin. Bu prosedur dərinin qan dövranını yaxşılaşdırır, üzə təbii rəng və elastiklik bəxş edir.Əvvəl çənədə test edin.Qızartı qaşıntı olmasa çəkə bilərsiniz.E vitamini hər dəriyə düşmür.
4.Gün ərzində ən azı 50 qram qoz yeyin. Bu sizin saçlarınızı və dırnaqlarınızı lazım olan vitaminlərlə qidalandıracaq. 2 həftə hər gün qoz yesəniz bizə minnətdar olacaqsınız.
5.Kipriklərinizə qulluq edin. Bunun üçün boş tuş qabına buğda yağı damızdırın və təmiz tuş şotkası ilə gündə 2-3 dəfə kipriklərinizə buğda yağı çəkin. Bu sizin kipriklərinizin dibini möhkəmlətməklə yanaşı, tüklərinizi qalınlaşdıracaq
Rəy bildir
Bənzər xəbərlər
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.