Azərbaycanca По-русски In english
Uşaq hansı meyvəni, necə yeməli? Banan xəstəlik yaradır!!

K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev meyvələrin uşaqlara təsiri haqda danışıb. N. Quliyev deyir ki, uşaqlar daha çox yerli meyvələrlə qidalanmalıdır: Zərərli meyvə yoxdur. Əsas məsələ ondadır ki, uşaqlara yaşadığı yerə uyğun meyvələr verilsin. Hazırda çox xoşagəlməz hal var; uşaqlara hər şeydən çox banan verilir. Bananı çox yeyən uşaqlarda klasiyorkor xəstəliyi yaranır ki, bu da Afrika qitəsinə, isti ölkələrə xas xəstəlikdir. Bu xəstəlik uşaqlarda qarnın böyüməsi, bədəndə ödemlərin əmələ gəlməsi, qan azlığı, rəngin avazıması, inkişafın yavaşıması ilə xarakterizə olunur. Bananın tərkibində zülal yoxdur, əsas etibarilə karbohidrat var. Bədəndə zülalsız ödem inkişaf edir”. Pediatr uşaqlara meyvə yedirdərkən valideynlərin səhvə yol verdiyini də vurğulayır: “Uşağa meyvənin şirə, yaxud püre halında verilməsi onun yaşıyla əlaqəlidır. Uşağın qida rasionuna meyvəni daxil etməyə başlayanda şirə halında verilməlidir. Püre şəklində vermək olmaz. Çünki onun tərkibində sellüloza çox olur. Ancaq 8 ayından sonra meyvəni püre şəklində vermək olar. Üç yaşından yuxarı uşaqlar isə meyvəni böyüklər kimi qəbul edə bilərlər”. N.Quliyev yay fəslində uşaqların immunitetini gücləndirmək üçün bir çox vasitələrin olduğunu deyir: “Yayda valideynlər çalışmalıdırlar ki, uşaqların orqanizmi möhkəmlənsin. Məsələn, uşaqlar açıq havada gəzdirilməli, dəniz, gün vannası qəbul etməlidirlər. Bu onların immunitetinin möhkəmlənməsinə təsir göstərən əsas amillərdəndir”. Valideynlərin ən çox iqlim dəyişikliyinin uşaqların orqanizminə mənfi təsirindən şikayətlənir: “İqlimi dəyişəndə, yəni bir yerdən başqa yerə gedəndə ən təhlükəli hal uşaqların mikrobiosenozunun dəyişməsidir. Yəni uşaq yaşadığı yerdə bakteriyalara uyğunlaşır, iqlim dəyişikliyi olanda ətrafdakı bakteriyalar da dəyişir. Həmin bakteriyalardan biri onu hər-hansı xəstəliyə yoluxdura bilər. Belə halların qarşısını almaq üçün uşaqların immunitetini gücləndirmək lazımdır. Bunun üçün onların düzgün qidalanmasına diqqət yetirməliyik”.Uşaq hansı meyvəni, necə yeməli? Banan xəstəlik yaradır!!скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Qaz sayğacları qiymət artımını necə hesablayacaq? – RƏSMİ

Azərbaycan Tarif Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qazın...

Uşaqlara hansı yaşda hansı oyuncaq verilməlidir

Uşaqlar  oyunlar  oynayaraq  öyrənər , inkişaf  edər  və  böyüyürlər....

Solaxaylıq- qüsur, yoxsa istedad?

Dünya əhalisinin təxminən 10%-i solaxaydır. Övladınız müxtəlif hərəkətləri icra edərkən sol əlini...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.