Azərbaycanca По-русски In english
Körpələr üçün masaj!!

Körpə masajının faydaları:
Masaj siz və körpəniz üçün faydalıdır. Bu sizin aranızdaki emosional bağlılığı gücləndirən və hər ikinizi sakit və rahat hiss etdirən əyləncəli fəaliyyətdir. Bu həmçinin, sizin körpənizin fiziki sağlamlığı üçün xeyirlidir: bu nəfəs almağa kömək edə , immun sistemi artıra , dərini ölmüş hüceyrələrdən təmizləyə, həzmetməyə kömək edə, əzələləri yaxşılaşdıra və körpənizin yatmasına kömək edə bilər.

Körpəni masaj etmək üçün məsləhətlər:
Körpənizi yalnız o sağlam olduğu zaman və siz özünüzü yaxşı və rahat hiss etdiyiniz zaman masaj edin. Körpənizi qidalandırdıqdan ən azı bir saat yarım sonra masaj etmək yaxşıdır, çünki körpəniz yeməyi həzm etmiş olacaq və özünü ac hiss etməyəcək. Otağın sakit və isti olduğundan əmin olun. Başlamazdan əvvəl rahat paltar geyinin və əlləriniz tamamilə yuyun. Masaj təxminən 10 dəqiqə davam etməlidir.

İsitmək üçün əllərinizin arasına bir az masaj kremi və ya yağı sürtün və körpənizin ayaqlarından başlayaraq onu dəriyə kiçik dairələrlə masaj edərək sürtün. Körpənizin ayaqlarından yuxarı doğru qalxaraq, kitabın vərəqlərini hamarlaşdırmaq kimi mərkəzdən kənara doğru əl hərəkətləri ilə onun sinəsini və qarnını masaj edin. Sonra körpənizin əllərindən başlayaraq, qoluna doğru gedin və çiyinlərə qalxın.

Aşağıdakı hallarda masaj etməyin:
Körpənin ilk sağlamlıq müayinəsinə qədər (doğuşdan təxminən 6-8 həftə sonra)
Peyvənd vurulandan sonrakı bir həftə ərzində
Əgər körpəniz dərman qəbul edirsə
Əgər körpənizin dərisində hər hansı bir çat, səpgi və ya dəri infeksiyası varsa
Əgər körpənizdə oynaq və ya sümük problemi varsa
Əgər sizin dəriniz kobuddursa və ya dərinizdə infeksiya varsa ​Körpələr üçün masaj!!скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Sabah qar yağacaq - Şaxta olacaq

İstirahət gününə ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər...

Bakının mərkəzində güclü partlayış: 2 ölü, 1 yaralı - FOTO

Nəsimi rayonunda baş verən partlayışa yaralanan şəxsin kimliyi müəyyənləşib AZXEBER.COM xəbər...

Binəqədini bir də belə görün (FOTOLAR)

Bakı 2015 İlk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Binəqədi rayonunda abadlıq-quruculuq...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.