Azərbaycanca По-русски In english
Uşaqlarda nitqin inkişaf etdirilməsinin yolları

Uşaqlarda nitqin inkişaf etdirilməsinin yollarıNitqin formalaşdırılması dövründə onun inkişafına müsbət təsir göstərmək üçün nə etməli???

Nitqin gündəlik situasiyalarda xüsusi hazırlanmış loqopedik məşğələlər zamanı inkişaf etdirmək olar. Lap kiçik vaxtlarda uşağın ünsiyyət bacarığını inkişaf etdirmək üçün ən gözəl vasitə gündəlik situasiyalardan istifadə etməkdir. Gündəlik situasiyalar nə üçün faydalıdır?—Ona görə ki, bu situasiyalar :

Təkrarlanandır.
Burada mütləq birgə fəaliyyət var.
Ailə üzvlərinin hər biri ilə bu şəkil iştirak edə bilər.
Uşağa nə isə öyrtəmək üçün əlavə vaxta ehtiyac yoxdur.
Bir fəaliyyət zamanı bir neçə şey öyrənmək olar.
Uşaq bilavasitə onu əhatə edən mühiti əhatə edir.
Gündəlik situasiya zamanı uşağın sosial bacarıqları inkişaf edir, o gələcəkdə özünəxidmət bacarıqlarına yiyələnə bilir.
Hansı gündəlik situasiyalardan istifadə etmək asandır:

Yemək
Çimmək
Ev işləri zamanı
Geyinib-soyunmaq
Gəzinti
Bütün bu fəaliyyətlər zamanı nitq aydın, konkret olmalıdır.

Əgər biz ünsiyyət çətinliyi olan uşağa kömək etmək istəyiriksə onun qabiyyət və bacarıqları haqqında ətraflı məlumat əldə etməliyik. Uşağın bacarıqlarının qiymətləndirilməsini aparmalı, geriliklərini müəyyənləşdirməli, uşağın fərdi inkişaf planını tutmalı, uşağın inkişaf üzrə qeydiyyatını aparmalıyıq.

Məşğələlərin aparılma şəraiti: Məşğələ aparılan otaqda uşağın diqqətini yayındıracaq heç bir şey olmamalıdır.

Məşğələ zamanı valideynlərdən biri iştirak edə bilər. Məşğələ zamanı uşağın özünü yaxşı hiss etmısinə əmin olmaq lazımdır. Görüləcək iş planı qabaqcadan aydın şəkildə hazırlanmalıdır. Məşğələ zamanı istifadə ediləcək oyuncaqlar və vəsaitlər əvvəlcədən hazırlanmalıdır. Uşağın sevimli əşyasını götürmək, hər bir uğurlu işini qiymətləndirmək lazımdır.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Hər 1 saatdan bir 1 stəkan su için- FAYDALARI...

Alimlər hər 1 saatdan bir 1 stəkan su içməyi tövsiyə edirlər. Xüsusilə bu isti havada vacibdir. Bu...

Cəbhədə erməni təxribatı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs...

Azərbaycanda kişilərlə qadınlar daha çox hansı yaşlarda boşanırlar?

Azərbaycanda ötən il 18 yaşında 1 kişi, həmin yaşda 36 qadın boşanıb. Oxu.Az xəbər verir ki, bu...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.