Azərbaycanca По-русски In english
İştahsız uşaqlar üçün faydalı - Məsləhətlər

İştahsız uşaqlar üçün faydalı - Məsləhətlər
Bəsləyici məsləhət: Yaxşı qidalanma - Yaxşı davranış. Uşağın davranışları, adətən onun qidalanma vərdişləri ilə parallel olur. Valideynlər adətən diqqət yetirir ki,
uşağın davranışı səhərin və ya günortanın sonuna yaxın pisləşir. Aradakı əlaqəyə fikir verin: uşaqlar yeməksiz qaldıqca, onların davranışı daha da pisləşir. Yemək
atışdırmaq, qanda şəkərin enib-qalxmasını və xoşagəlməz davranışları azaldır.

2. Körpələr həmçinin barmaq qidalarını müxtəlif mayeşəkilli ərzaqlara (souslara) batırıb yeyə bilərlər.Qidaları batırmaq üçün aşağıdakıları istifadə edə bilərsiniz:

- Kəsmik
- Süzmə
- Qatıq
- Xama
- Kəsmik-pendir
- Püre şəklinə salınmış meyvələr və ya tərəvəzlər

Bunları həm alma, armud və ya bibər dilimlərinin, həm də tost edilmiş çörək və ya digər qidaların üstünə yaxmaq olar.

3. Uşaqlar nəyisə sürtməyi, daha doğru desək, yaxmağı sevirlər. Onlara, uşaq üçün nəzərdə tutulan yağ bıçağı ilə tost və ya adi çörəyin üzərinə yağ, pendir və meyvə
püresini necə yaxmağı göstərin.

4. Yeməklərin üstünə nəsə qoyun. Uşaqlar bunu çox sevirlər. Bəsləyici, uşaqlara tanış qidaları - qatıq, kəsmik-pendir, tomat sousu, alma sousu və digər ərzaqları
onların daha az sevdiyi qidaların üstünə qoymaqla, şıltaq balanızın menyusunu genişləndirə bilərsiniz.

5. İçizdirin. Əgər sizin uşağınız yeməkdən çox içməyi sevirsə, ümidsizliyə qapılmayın. Birlikdə smuzi hazırlayın. Süd (qatıq) və meyvə-tərəvəz, buğda rüşeymi, bal,
bəhməz kimi əlavə qidalar çox sağlam yeməklərin əsası ola bilər. Bəs bunları çöplə içmək necə?
6. Doğrayın. Uşağın neçə dəfə yemək yeməsi, sizin o qidanı necə kəsməyinizdən asılıdır. Sendviçləri, fəsəliləri, vafliləri və pizzanı müxtəlif şəkillərdə kəsin.

7. Bağlama edin. Qidanın xarici görünüşü çox vacibdir. Yeni və fərqli bir qida üçün, niyə də uşağınızın oyuncaq qablarından istifadə etməyəsiniz? Yemək məsələsində
uşaqlar gözlənilməyən və əcaib şeyləri sevir - plastik ölçü stəkanlarından tutmuş, dondurma qablarına qədər.

Siz həmçinin qidaları kiçildə də bilərsiniz. Qidaları kiçik ölçülərdə təqdim edin və ya mümkündürsə, qidaları kiçik ölçüdə hazırlayın. Məsələn mini çörəklər, kiçik ev
piroqları, toyuğun qoldibi və kiçik ev keksləri.

8. Tərəvəz alın. Tərəvəzləri körpələrə təqdim edərkən, yaradıcı olmaq lazımdır. Çünki ailələrdə uşaqların ən çox etiraz etdikləri qida tərəvəzlərdir. Uşaqların nə qədər
tərəvəzə ehtiyacı var? Baxmayaraq ki, uşaqlara gün ərzində 3-5 dəfə tərəvəz təklif olunmalıdır, 5 yaşdan kiçik uşaqlar üçün, hər dəfə yalnız yaşlarının sayına uyğun
sayda çay qaşığı ilə verilməlidir. Başqa sözlərlə, 2 yaşlı uşaq, gündə 3-5 dəfə 2 qaşıq tərəvəz yeməlidir. Odur ki, əgər sizin balanız tərəvəz sevərlərdən deyilsə, onda
aşağıdakı hiylələrə əl atın:

Uşağınızla tərəvəz əkin. Şərait yaradın ki, uşağınız bitkilərin qayğısına qalsın, yetişmiş tərəvəzləri yığsın, yusun və hazırlasın. O, yetişdirməyə kömək elədiyi qidanı
daha həvəslə yeyəcəkdir.

Doğranmış və ya rəndələnmiş tərəvəzləri onun sevimli yeməyinə qatın. Tərəvəzləri düyüyə, kənd pendirinə, kəsmik-pendirə, makarona qata bilərsiniz.

Tərəvəzləri, uşağın sevimli sousu altında gizlədin.

Tərəvəzlərdən kanape (kiçik buterbrodlar) kimi istifadə edin və onları sevimli sousa və ya digər qidaya batırın.

Kiçik peçenye kəsənlərdən istifadə edərək, tərəvəzləri maraqlı formalara salın.

Göyərtiləri buxara verin. Bu zaman onlar daha dadlı və bişməmiş halından daha şirin olur.

Tərəvəzlərdən incəsənət nümuməsi yaradın. Zeytunu doğrayaraq gözlər, pomidordan qulaqlar, göbələkdən burun, bibərdən bığ və s. düzəldərək rəngarəng təsvirlər
hazırlayın. Yunan qabağı fəsəlilərindən əla üz düzəltmək olar. Belə ki, yaşıl noxudlar gözləri, yerkökü burunu və pendir isə saçları əvəz edə bilər.

9. Yaradıcı yeməklər hazırlayın. Məsələn, "ağacda pendir" adlı məşhur yemək (buxara verilmiş brokkoli çiçəklərinin üstünə ərinmiş pendir) buna bir misal ola bilər.

10. Paylaşın. Əgər uşağınız hər yeməyi bəyənmirsə, evə onunla eyni yaşda olan bir dostunu və ya "yeməyi sevdiyini" bildiyiniz nisbətən yaşda böyük bir uşaq dəvət
edin. Uşağınız da həvəsə gəlib yeməyə başlayacaqdır. Bu məsələlərdə digər uşaqlar ona nümunə ola bilər.

11. Onların mədəsinin kiçik olduğunu nəzərə alın. Onlara yeməyi kiçik porsiyalarla verin. Onlara qidanı hansı ölçüdə verəcəyinizi bilmirsiniz? Baş barmaq və ya əl
qaydasına riayət edin. Uşağın mədəsi təqribən onun yumruğu boydadır. Odur ki, boşqaba az miqdarda qida qoyun və uşağınız istədikcə əlavə edin. Bu cür qida planı
daha uğurludur və həmçinin qanda şəkərin səviyyəsini sabitləşdirir, bu isə öz növbəsində əhval-ruhiyyə dəyişkənliyini azaldır. Əksər valideynlər bilir ki, ac uşaqlar
adətən pis əhval-ruhiyyədə olurlar.
Həvəssiz uşağa "loxma" qaydasını tətbiq edin: "Bir loxma al, iki loxma..." (sizcə onu məcbur etmədən buna nə qədər davam edə bilərsiniz?). "Loxma" qaydası heç
olmasa uşağınızın yeni qida dadmasına və ona qidalanmanı cüzi də olsa idarə etməyə imkan verir. Bacardığınız qədər şərait yaradın ki, uşağınız və onun iştahı öz
axarı ilə hərəkət etsin. Lakin əgər uşağınızın yeməyi sizinlə eyni vaxtda yeməsini istəyirsinizsə, onun qəlyanaltılarını ən az yemək saatından 2 saat əvvələ salın.

12. Yemək əlçatan olsun. Soyuducunun aşağı rəfini uşağınızın müxtəlif sevimli, bəsləyici qidaları və içkiləri üçün ayırın. O yemək istəyəndə, onun üçün qapını açın və
o özü seçsin. Bu taktika həmçinin uşaqlara ac olduqda yeməyə təşviq edir, qida ilə bağlı sağlam vərdişlərə yiyələnməkdə mühüm bir addımdır.

13. Sakit oturma strategiyalarından istifadə edin. Uşaqların ailə ilə bir masa ətrafında dinc otura bilməmələrinin bir səbəbi də, onların ayağının sallanmasıdır. Yemək
yeyəndə hündür stulda oturmağa çalışın. İnsan təbii olaraq yerində qurdalanır və ayağa durub gəzmək istəyir. Uşaqlar, ayaqlarının yerə çatmasına mane olmayan, öz
ölçülərinə uyğun stullarda daha uzunmüddətli oturub yemək yeyirlər.

14. Yemək saatlarının yerini dəyişin. Uşaqlar qəlvəaltı, nahar və şam yeməyi arasında fərqi o qədər də anlamırlar. Əgər, uşağınız səhər yeməyinə pizza və ya axşam
yeməyinə meyvə və ya sıyıq yemək istəyirsə, eybi yoxdur - bu, ümumiyyətlə heç nə yeməməkdən yaxşıdır. Bu o demək deyil ki, siz onun ağzından çıxan hər bir sifarişi
dərhal yerinə yetirməlisiniz. Lakin, bəzən uşağınızın öz menyusunu özü seçməsinə imkan verin.

15. Qoyun özləri yemək hazırlasınlar. Uşaqlar özləri bişirdiyi qidaları yeməyə həvəslidirlər, odur ki, mümkün olduqda, uşağa imkan verin ki, yeməyini özü hazırlasın.
Peçenye kəsənlərdən istifadə edərək pendir, çörək, nazik ət dilimləri və ya bişmiş əriştələrdən müxtəlif fiqurlar kəsin.

16. Hər bir kalorini hesaba alın. Uşağınıza kiçik dozalarda, qidalandırıcı maddələrlə zəngin qidalar təklif edin. Bu, xüsusilə dovşanlar qədər fəal olan, lakin siçanlar
qədər az yeyən uşaqlar üçün çox mühümdür.

16. Ziddiyyətləri nəzərə alın. Kiçik uşaqlar, hər gün fərqli çeşiddə və fərqli miqdarda qida yeyə bilərlər. Bu kaprizlər əsasən onların özünün müstəqillik məhfumuna
malik olmaları ilə əlaqədardır və bu, öz təsirini məhz qidalanmada göstərir. Odur ki, əgər uşağınız bir gün ağzına kimi dolu boşqab yemək yeyib, növbəti gün isə
demək olar ki, heç nə yeməsə, çərşənbə axşamı brokkolini sevərək yeyir, cümə axşamı isə ondan imtina edirsə, bir qidalanma zamanı özü yemək istəyir və növbəti
dəfə sizin onu yedirmənizi istəyirsə, təəccüblənməyin.

17. Sakitləşin. Bəzən 2-3 yaş arası uşaqlar, qidanın hazırlanması da daxil olmaqla hər şey barədə öz fikirləri olur. Bu fikirlərə hazır olun. Öz fikrinə malik olan iki yaşlı
uşağı nəyəsə inandırmaq o qədər da asan deyil. Yaxşısı budur, sendviçləri onun istədiyi kimi hazırlamağı öyrənin. Bunu, onun dikbaşlığı kimi qəbul etməyin. Uşaqlar
özlərinin qurduqları aləmdə yaşayırlar. Bu aləmin qanunlarına zidd olan şeylər onlar üçün qəbuledilməzdir. Bu mərhələ də keçib gedəcəkdir.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Meteohəssas insanlara - Xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin AZXEBER.COM-a...

Terror zamanı gizlənən qız sağ qaldığını Facebook-la XƏBƏR VERDİ - FOTO

Ukraynanın Rovno şəhərində yaşayan və çalışdığı firmanın Yeni ili qeyd etməsi çərçivəsində...

Terrorçu tutuldu, bəs indi nə olacaq? - FOTO

İstanbul Ortaköydəki "Reina" klubunda qətliam törədən terrorçu Əbdülkadir Maşaripov tutulub. O,...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.