Azərbaycanca По-русски In english
Ağlayan körpəni sakitləşdirməyin 20 yolu

Ağlayan körpəni sakitləşdirməyin 20 yolu
1- Sakitləşin. Sizin sakit olmanız, körpənizə də təsir edəcək.


2- Körpənizin altına nəzarət edin.


3- Körpənizin qızdırması olub-olmadığını yoxlayın. Alnına dodağınızı toxundurmaqla bunu anlaya bilərsiniz.


4- Körpənizi əmizdirin.


5- Körpənizin qazı olub-olmadığına nəzarət edin. Hər əmizdirmədən sonra mütləq körpənizin qazını çıxartmasına köməkçi olun, masaj edin. Onu rahatlaşdırdıqdan sonra yuxuya getməsinə köməkçi olun.


6- Körpənizlə yatmaq. Bəzən kiçik körpənizin yalnız sizə ehtiyacı vardır. Birlikdə yataraq, onun bütün ehtiyacını qarşılamış olarsınız.


7- Körpənizi qucağınıza götürüb, onu çölə baxacaq mövqedə tutmağa çalışın.


8- Körpənizə yumşaq mahnı və ya səslər çıxararaq, onu sakitləşdirməyə çalışın.


9- Körpənizi qucağınıza götürüb onunla rəqs edin. Sizinlə birlikdə olması, bədəninizin təması onu rahatlaşdıra bilər. Özünü sizin yanınızda əmin hiss edəcək.


10- Körpənizi yelləyin. Bunu qucağınıza götürərək, yelləyə bilərsiniz. Bu mövqe körpənizin ana qarınındakı mövqesini xatırladacağı üçün, onu rahatlaşdıracaq.


11- Körpənizi soyundurub onun bədəninə nəzarət edə bilərsiniz. Bədənində qızartı varmı?, Körpə bezi görəsən körpənizin qıçını sıxışdırmayıb ki?

12- İstilik və su körpənizi yatıra bilər. Körpənizi ilıq su ilə duş etdirə bilərsiniz. İstəsəniz suyuna lavanda yağı əlavə edə bilərsiniz. Lavandanın sakitləşdirici təsirindən faydalana bilərsiniz.


13- Körpənizin qarnına və kürəyinə toxunmaq, körpəniz rahatlaşdıracağı kimi ana-körpə arasındakı bağı da artıracaq.


14- Körpənizə masaj yağı ilə masaj etmək.


15- Körpənizə əmziyini verə bilərisiniz. Bəzən əmmə ehtiyacı olduğu zaman da körpəniz narahat ola bilər.


16- Xarici səsləri azaldın. Bəzən körpələrimiz xarici faktorlardan da təsirlənə bilərilər. O səbəblə işıqları azaldın, televiziyanın ya da musiqinin səsini azaldın. Baxacaqsınız ki, körpəniz rahatlaşıb.

17- Möhkəm və isti, yumşaq adyal ilə körpənizi bələməyiniz onun sakitləşməsinə köməkçi ola bilər.


18- Avtomobildə səfər körpənizin sakitləşməsinə köməkçi ola bilər. Titrəşmə və sakitləşdirici bir səs körpənizin rahatlamasına köməkçi ola bilər.


19- Körpənizlə çölə çıxmaq. Körpə avtomobili ilə çölə də gediş etmək həm sizin, həm də körpənizin rahatlamasına köməkçi ola bilər.


20-Bəzi ağlayan körpələrə tozsoranın və ya fenin səsini dinlətmək ana qarınındakı dövranının səsinə bənzədiyindən sakitləşdirici təsir göstərə bilərскачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Bu dəfə “Maşın şou”da onlar olacaq

Bu ayın 28-də ölkənin ən maraqlı telelayihəsi start götürəcək. Oxu.Az Qafqazinfo-ya istinadla xəbər...

Körpənizi geyindirərkən bunlara diqqət edin!

Ana və ataların körpələrini geyindirərkən fərqində olmadan ən çox etdiyi səhvlərdən biri də körpə...

"O səs Türkiyə"ni heyran edən Gülşən kimdir? - fotolar

Xəbər verdiyimiz kimi, dünən Azərbaycandan "O səs Türkiyə"yə qatılan Gülşən İbadova ifası ilə bütün...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.