Azərbaycanca По-русски In english
Uşaqlarla evdə oynaya biləcəyiniz oyunlar

Uşaqlarla evdə oynaya biləcəyiniz oyunlar

Evdə uşaqlarla keyfiyyətli zaman keçirməyin yolu oyun oynamaqdan keçir.

Oyun oynamaq; uşaq üçün yemək yemək və yatmaq kimi təbii ehtiyacdır və eyni zamanda uşağın psixoloji, ictimai və zehni inkişafına da mühüm təsir göstərir. Bagcam.az sizə övladınızla (2-3 yaş aralığında) rahatlıqla oynayacağınız oyunların siyahısını təqdim edir:

Oyuncaq gizlətmə
Oyuncaqları şkafda gizlədin, amma onu şkafın hansı hissəsində gizlətdiyinizi deməyin. “Gəl oyuncaqları axtaraq” deyə onu oyuna çağırın. Axtararkən əgər şkafın üstündə tapa bilmirsə, “Deməli, şkafın üstündə deyilmiş” kimi təkrarlarla alt-üst, var-yox kimi zidd ifadələri öyrətmiş olacaqsınız.

Heyvan səsləri oyunu
Oyuncaq heyvanların hamısını bir paketə yığın. Sonra övladınızın oradan bir oyuncaq çıxarmasını xahiş edin. Götürdüyü heyvanın adını və hansı səsləri çıxardığını onunla birlikdə təkrarlayın.

Musiqi ilə hoppanma oyunu
Ailəlikcə oynayacağınız bu oyunda oyunçular musiqi çaldığı anda hoppanmağa başlayırlar. Musiqi dayananda yerə oturub bardaş qurulur. Bunu ən sonda edən oyunçu oyunu tərk edir. Təbii ki, bu zaman uşağınıza yol göstərməyiniz və onun sürətilə ayaqlaşmağınız vacibdir.

Sancaq oyunu
Rəngli paltar sancaqlarını rənglərinə görə ayırıb qaba yığın. Hər rəngdən bir-bir olmaqla seçib uşağınıza verin. Ondan əlindəki sancaqları aid olduğu rəngin qabına qoymağı xahiş edin. Belə olan halda, rənglərin adını tez-tez təkrarlamaqla onun rəngləri öyrənməsinə şərait yaradacaqsınız.

Legolar-bloklar ilə oyun
Legolarla oynamaq uşağın motorik bacarıqlarını, nəsnələri tanımağını və diqqətini qüvvətləndirir. Yaradıcılığına və xəyal gücünə yardım edir.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Dünyanın ən fotogenik qadını - FOTOLAR

19 yaşlı rusiyalı tələbə Alina Çunikina Çində keçirilən “Gözəlliyin Xəbərçisi” adlı müsabiqədə...

Uşaq psixoloqları valideynlərə 10 cümləni qadağan edib

Araşdırmalara görə, uşaq psixoloqları körpələrdə travma olmaması üçün valideynlərə bəzi cümlələri...

Saç tökülməsinə qarşı təbii maskalar

Saç tökülməsinə qarşı təbii maskalar...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.