Azərbaycanca По-русски In english
“Rəqs edən Ağsaqqal milyonçu” Bakıda

“Rəqs edən Ağsaqqal milyonçu” Bakıda
Sosial şəbəkədə “rəqs edən milyonçu” kimi məşhurlaşan, 8 milyondan çox izləyicisi olan, videoları sosial şəbəkələrdə rekord sayda izlənilən tanınmış Canluka Vakki artıq Bakıdadır.

Oxu.Az istipress-ə istinadən xəbər verir ki, öz di-cey (DJ) proqramı ilə Bakı Şopinq Festivalının xüsusi qonağı kimi Bakıya gələn Vakki “Elektra Hall” səhnəsində çıxış edəcək.

Bakı Şopinq Festivalı aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Festival ilk dəfə bu il keçirilir və əsas məqsədi ölkədə turizmin, sahibkarlığın inkişafına nail olmaqdır. Tədbirlə əlaqədar olaraq, Azərbaycana müxtəlif ölkələrdən çoxlu sayda turist axını gözlənilir.

Festival iştirakçılarının (sahibkarların) xüsusi “Tax Free” nişanları olan ticarət obyektlərində, ƏDV qaytarılması üsulu tətbiq ediləcək, bununla da alış-veriş daha da sərfəli və cəlbedici olacaq. ƏDV qaytarılması qaydasından xarici turistlərlə yanaşı, yerli sakinlər də faydalana biləcəklər.

Festival zamanı çoxlu sayda əyləncəli tədbirlər – konsertlər, fləşmoblar, modalar, teatr və kino nümayişi, bir çox sürprizlər, uduşlar və hədiyyələr nəzərdə tutulur.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Saçlar üçün təbii maskalar

Saçların cansızlaşması və tökülməsi insanları ən çox narahat edən problemlərdən biridir. Müxtəlif...

Uşağınızı dinləyərkən göz təması yaradın

Yaxşı bir yol göstərici olmağın birinci şərti uşaqlar ilə sağlam bir ünsiyyət qurmaqdır. Bu...

Gördüyünü istəyən uşaqlarlar!!!

Çox valideynlərin şikayət etdiyi məsələlərdən biri də övladları ilə alış-verişə gedərkən bir sıra...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.