Azərbaycanca По-русски In english
Uşaqlarda yumurtaya qarşı allergiya və həlli yolları:

Uşaqlarda yumurtaya qarşı allergiya və həlli yolları:
Uşaq və körpələrdə ən çox qarşılaşdığımız allergiya növlərindən biri də yumurtaya qarşı olan allergiyadır. Allergiyanın səbəbi yumurtanın tərkibində olan bəzi maddələrdir. Bu maddələrə qarşı bədənin reaksiyası nəticəsində allergik şikayətlər yaranır. Bu şikayətlər yüngül formadan şiddətli formaya doğru arta bilər. Şikayətlər yumurtanı yedikdən dərhal sonra yaranarsa, bu allergiyanın daha şiddətli olduğunu göstərir. Əgər şikayətlər yavaş-yavaş artarsa, bu allergiyanın yüngül formasına işarədir. Allergik şikayətlər ağız ətrafındakı yüngül qızarıqlıqdan tutmuş bütün bədəndə olan qızarıqlıq, qabarıqlıq, şişmə, qaşıntı, dodaqların şişməsi, təngnəfəsliyə qədər ola bilər. Yumurta allergiyası diaqnozunu qoymaq üçün xüsusi analizlər edilərək orqanizmin yumurtaya qarşı olan həssaslığı yoxlanılmalıdır. Bu analizlərin edilə bilinmədiyi hallarda isə yumurtanın hər dəfə istifadəsi zamanı şikayətlərin yaranması və yumurtanın kəsilməsi zamanı isə şikayətlərin aradan qalxması ilə diaqnoz qoyula bilər. Müalicəyə gəldikdə isə, təəssüflər olsun ki, allergik xəstəliklərin tam köklü (yəni birdəfəlik) müalicəsi yoxdur. Burada vurğulamaq istədiyim bir xüsus da var ki, bəzən bu xəstələrə allergiyanın müalicəsi məqsədi ilə çox sayıda güclü dərmanlar verilir. Bu doğru deyildir. Uşaqlara bu ağır dərmanları verməkdənsə, allergiya səbəbini ortadan qaldırmaq daha doğrudur. Yəni yumurtanı qida rasionunuzdan çıxartsanız bütün şikayətlər ortadan qalxacaqdır. Digər tərəfdən də yumurta allergiyasi adətən iki yaşa qədər olan uşaqlarda rast gəlinir və iki yaşdan sonra da tədricən azalaraq öz-özünə aradan gedir. Ona görə də etməniz gərəkən uşağınızın iki yaşına qədər yumurta və tərkibində yumurta olan qidalardan uzaq durmasını təmin etməkdir. * Digər valideynlərin də maariflənməsi üçün yazını paylaşmağı unutmayın.
Menbe :Dr.Altay Abdullaogluскачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Səhərlər gözəl görünmək üçün bu məsləhətlərə əməl edin

Səhərlər çox zaman yorğun,əzgin görünürsünüz. Buna baxmayaraq, özünüzü tez qaydaya salmaq üçün...

Körpə üçün masajın faydaları

Körpə üçün masajın faydaları - Masajın xüsusilə erkən doğulmuş körpələr üzərində böyümə, inkişaf...

Azərbaycanda Aşura günü qeyd olunur

Bu gün Azərbaycanda Aşuradır. Oxu.Az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.