Azərbaycanca По-русски In english
Bakıda yağış yağdı ,yollarda surət həddi azaldıldı

Bakıda yağış yağdı ,yollarda surət həddi azaldıldı
Mayın 15-i axşam saatlarından başlayaraq Bakıya güclü yağış yağıb.

APA-nın məlumatına görə, Bakı Nəqliyyat Agentliyi tərəfindən yağıntılı hava şəraiti ilə əlaqədar iki əsas avtomagistralda - Heydər Əliyev prospekti-Hava limanı və Zığ Dairəsi-Hava Limanı yolunda hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd yolda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Yağış bir neçə saat davam etsə də, yollarda problem yaranmayıb. Yalnız Ziya Bünyadov prospektinin bəzi yerlərində gölməçələr əmələ gəlib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə hava şəraitinin dəyişəcəyi ilə bağlı əvvəlcədən xəbərdarlıq etmişdi. Xəbərdarlıqda bildirilirdi ki, mayın 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Azərbaycanlılarla taciklər arasında qanlı dava: Onlarla yaralı var

Rusiyanın Nijni Novqorod şəhərində azərbaycanlılarla taciklər arasında dava düşüb. Hadisə şəhərin...

Dünyamız haqında daha öncə eşitmədiyiniz maraqlı faktlar

Milyardlarla yaşı olan dünyamız bir birindən maraqlı məlumatlarla zəngindir.Dünyamız haqında daha...

Hava şəraiti ilə bağlı RƏSMİ AÇIQLAMA

Sentyabrın 27-si gündüzdən 28-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.