Azərbaycanca По-русски In english
1-3 yaşlı uşaqlar üçün inkişaf etdirici oyunlar

1-3 yaşlı uşaqlar üçün inkişaf etdirici oyunlar
Onun inkişafına töhvə vermək üçün oyunlardan istifadə edə bilərsiniz.
Oyun - uşaq fəaliyyətinin əsas hissəsidir. Məhz oyunlarla o, yeni bilik və bacarıqlar əldə edir. Ona görə də oyunlara xüsusi tələblər qoyulur. Yaxşı olar ki, oyun təkcə əyləndirici yox, həm də öyrədici xüsusiyyətlərə malik olsun. Oyun zamanı uşaq kəşf edir, insanlarla ünsiyyəti öyrənir, azad qərarlar verir və intellekt səviyyəsini aktiv şəkildə yüksəldir.
Oyun üçün bizə yarmalar, müxtəlif toxumlar, muncuq, düymə və s. lazım olacaq.
Oyunlardan danışmazdan əvvəl onun təhlükəsizliyindən danışmaq lazımdır. Oyun zamanı balacanız kiçik oyuncaqları ağzına salıb, dadına baxmaq istəyə bilər. Ona görə onu diqqətdən kənarda qoymaq olmaz. Əgər bunu etmək istəsə, sakitcə əlindən tutub, onun göz səviyyəsinə enərək diqqətlə gözlərinə baxıb: "bunlar yalnız oynamaq üçündür, yemək olmaz" deyin. Belə yanaşma bir çox uşaqlarda effektli olur; o bu tələbi sakitcə qəbul edir və bir neçə gün sonra artıq vərdişə çevrilir.
Indi də gəlin oyunlarla tanış olaq.

MANNA YARMASI İLƏ OYNANAN OYUNLAR

2 kq manna yarması alın. Onu bir qazana yığın, dibində kiçik oyuncaqlar gizlədin. Sonra övladınıza onları tapmağı tapşırın. Hər tapıntını sevinclə, səs küylə qarşılayın. Digər variant isə mannada 2-3 cür əşyadan hərəsindən 6-7 ədəd gizlədin. Sonra uşaqdan onları tapıb, növlərə ayırmağı tapşırın. Bu oyun uşaqda məntiq və riyazi qabiliyyətin inkişafına kömək edəcəkdir.
*Birindən o birinə oyunu
Övladınıza yarmanı bir stəkandan digərinə qaşıqla necə tökə biləcəyini öyrədin. Bu onun əl həssaslığının inkişafında mühüm rol oynayacaq, həm də qaşıqdan düzgün istifadəni öyrədəcək.

* Mannada şəkil
Məcməyiyə nazik lay manna yayın. Sonra uşağa orada barmağı ilə şəkillər çəkə biləcəyini öyrədin. Bundan başqa əl izi salmaq,müxtəlif fiqurlarla formalar yaratmaq,maşın izləri qoymaq,çəngəllə dalğalı xətlər ,masaj topları ilə salınan izlər onu çox əyləndirəcək.

Bir qaba ilıq su tökün. Suya müxtəlif toxumlar atın. Sonra balacaya qaşıq verərək "balıq" tutmağı öyrədin. "Balıqları" tutduqca kənarda dəsmal üzərinə qoysun. Doğrudur bu oyun sonrası sizə xeyli əziyyət qalacaq. Ancaq uşağın sevincini heç bir əziyyətlə müqayisə etmək olmaz.

* Toxum atmaq oyunu
Bu oyun üçün bizə toxumlar, say çubuqları,dar boğazlı butulka lazım olacaq. Bu yaşda uşaqlarda barmaq həssaslığı tam inkişaf etmədiyi üçün onun inkişafına kömək edir.
Uşaq toxumları və çubuqları butulkaya atır, onun butulkanın dibinə düşməsindən sevinir. Uşaq nə qədər balacadırsa, butulkanın boğazı daha enli olmalıdır. Uşağı oyunun çətinliyindən qorxutmamaq üçün əvvəlcə diametri 3,5 sm-dən az olmayan butulka istifadə olunmalıdır.

* Ac pişik oyunu
Bir qutu götürürük. Onun alt hissəsinə ya pişik şəkli çəkir,ya da rəngli kağızdan pişik kəsib yapışdırırıq. Sonra onun ağız hissəsində kiçik deşik açırıq. Uşaq toxumları bu deşikdən ataraq,"pişiyini yedirdir".скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Yeni icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Şərur rayonuna yeni icra başçısı təyin edib....

Pərvin Abıyevadan vur çatlasın, çal oynasın doğum günü partisi -FOTO

Aktrisa Pərvin Abıyeva ötən gün 26 yaşına qədəm qoyub. O, bu münasibətlə paytaxta yerləşən...

Məşhur Türkiyəli aparıcı ana oldu (FOTOLAR)

Tanınmış aparıcı Ece Erkən ana olub. Teleprıcı övladını özəl xəstəxanada dünyaya gətirib.

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.