Azərbaycanca По-русски In english
Səyahət üçün doqquz ən ucuz ölkə

Səyahət üçün doqquz ən ucuz ölkə
9. Rumıniya – İkinəfərlik gündəlik büdcə: 80-90 dollar edir. Rumıniyada küçə yeməyinə rast gələ bilməzsən. Ucuz kafedə 5 dollara nahar edə bilərsən. Restoranda bir nəfər üçün naharın qiyməti 15 dollara başa gəlir.

Ümumilikdə, ölkədə qonaq evlərində ikinəfərlik nömrə və ya 2 ulduzlu mehmanxanada qalmaq 25-30 dollara başa gəlir. Buxarestdə mənzili gündəlik 30 dollara, Braşovedə isə 35-40 dollara kirayələmək olar.

8. Serbiya – İkinəfərlik gündəlik büdcə: 70-80 dollar edir. Qarnirli kotlet və ya çörəkarası 2 dollardan baha deyil. Restoranda nahar 10 dollara başa gəlir. Belqradda sadə ikinəfərlik nömrə 35-40 dollaradır. Mərkəzdə mənzil tutmaq 25-35 dollara başa gələr.

7. Gürcüstan – İkinəfərlik gündəlik büdcə: 75-85 dollara yaxındır. Xaçapuri və lobianini hər küçə başında 1,5 dollara satırlar. Kafedə nahar 5-6 dollar edir. Tbilisi və Batumidə sadə ikinəfərlik yer 40 dollara başa gələcək. Digər yerlərdə ucuz qonaq evlərində nömrə 15-30 dollardır.

6. Tunis – İkinəfərlik gündəlik büdcə: təxminən 60-70 dollardır. Şakşuka, kolbasa-mergez və ya lablabi şorbası kimi yeməklər 3 dollara, restoranda nahar 8-9 dollar olacaq. Tunisdə ucuz qonaq evləri elə də çox deyil, amma 20-26 dollara sadə nömrə tapmaq olar.

5. Misir – İkinəfərlik gündəlik büdcə: 50-60 dollar edir. Misirdə küçə yeməyi çox ucuzdur: falafel, kuşari, şaverma 1,5 dollaradır. Restoranda orta hesablı çek 4-7 dollaradır. Sadə hosteldə otaq 15, gözəl hoteldə isə 25-30 dollaradır.

4. Nepal – İkinəfərlik gündəlik büdcə: dağlarda trekdə 40 dollara yaxın, ölkənin digər yerlərində 45-50 dollardır. Nepalda küçə kafesində doyunca yemək üçün 4-5 dollar bəs edir. Turistik kafelərdə ikinəfərlik nahar 15 dollardır. Hosteldə ikinəfərlik yer 5-8 dollardır. 15-20 dollara isə normal hoteldə qalmaq mümkündür.

3. Hindistan – İkinəfərlik gündəlik büdcə: 40-45 dollardır. Hindistanda küçə yeməyi, demək olar ki, havayıdır. Yerli yeməkxanada doyunca yemək 2,5 dollara olacaq, turistik restoranlarda orta hesab 3-6 dollar olacaq. Hər yerdə 5-8 laosdollara normal otağa sahib olacaqsız. Mumbayda və turistik yerlərdə mövsümün pik vaxtında xərclər 2-3 dəfə artır.

2. Laos – İki nəfər üçün gündəlik büdcə: 55-65 dollar. Küçə kafelərində nahar 1-5 dollar, turistik kafelərdə isə 5-10 dollardır. İkinəfərlik orta qiymətli nömrə 10-15 dollara başa gələcək (Vyetnamda bir qədər bahadır).

1. İndoneziya – İki nəfər üçün gündəlik büdcə: 40-50 dollar edir. Burada küçə yeməyi çox ucuzdur: qovrulmuş düyü və ya əriştə 1,5-2 dollardan baha başa gəlməyəcək, restoranda orta hesab 5-8 dollardır. Normal hotellər Sumatrada 9-10 dollar, Yavada 10-15 dollar, Balidə 15-20 dollara başa gələr.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

İranda matəm elan olunub

Noyabrın 14-də İranın bütün ərazisində milli matəm günü elan olunub. Oxu.Az-ın APA-ya istinadən...

Yoqurt həm balacalar həm də böyüklər üçün xeyirlidir

O, həzm sisteminin işini asanlaşdırır, üstəlik meyvə ilə qarışdırılmış (meyvəsiz yoqurt da...

Prezident nazirləri topladı

Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.