Azərbaycanca По-русски In english
Uşaqlarda oxuma və öyrənmə çətinliyi

Uşaqlarda oxuma və öyrənmə çətinliyi
Uşaqların böyük bir qismi 1-ci sinfə başladıqdan sonra 3-4 ay ərzində oxuma-yazmağa başlayır və bu bacarıq qısa müddətdə formalaşıb inkişaf edir. Elə valideynlərin övladından gözlədiyi də budur. Amma təəssüf ki, məktəbə yeni başlayan uşaqların təxminən 10%-i üçün bu təbii proses o qədər də asan keçmir. Bəs problem nədir? Gündəlik həyatda övladlarında gördüyü bu problemi valideynlər yaddaş zəifliyi, “tənbəllik” adlandırsa da, bu, elmi dildə disleksiya adlanır.

Disleksiya ən çox rastlanan öyrənmə problemlərindən biridir. Zəka ilə heç bir əlaqəsi olmayan, bilavasitə hafizə və dillə bağlı olan disleksiya ən geniş mənada axıcı oxuma və oxuduğunu başa düşməmə ilə özünü biruzə verən öyrənmə çətinliyidir. Disleksiyalı uşaq sahibi olan valideynləri narahat edən əsas məsələlərdən biri də uşağın zehnində inkişafın geriləməsidir. Lakin zəka səviyyəsi yüksək olan uşaqlarda da bu problemə rast gəlmək mümkündür. Böyük alim Albert Eynşteyn, intibah dövrünün böyük memar, heykəltaraş və rəssamı Leanardo da Vinçi, kino ulduzu Tom Kruz, musiqiçi və kino aktyoru Şer, məşhur aşbaz və televiziya aparıcısı Jamie Oliver disleksiyadan əziyyət çəkən məşhurlar sırasındadır.

Uşağın disleksiyadan əziyyət çəkdiyini necə bilmək olar?

Ümumiyyətlə, bilmək lazımdır ki, erkən diaqnoz həm uşağın inkişafında, həm də gələcəkdə alacağı təhsilin necə istiqamətlənməsində çox önəmlidir.

Məktəbəqədər yaş dövründə müşahidə olunan aşağıdakı hallar disleksiyanın əlamətləri ola bilər:

Nitqdə geriləmə;
Yeni sözləri öyrənməkdə çətinlik çəkmək;
Danışarkən məzmuna uyğun sözü seçməkdə çətinlik çəkmək;
Hərfləri fərqləndirməkdə çətinlik çəkmək;
Məkan və zaman anlayışlarını qavramaqda yaranan çətinlik.

Məktəb dövrünün ilk illərində müşahidə olunan hallar:
Əlifba sırasını öyrənməkdə çətinlik;
Səslərin qarşılığı olan hərflərdə çətinlik;
Hecalamada çətinlik;
Yazılı sözləri səsləndirmədə çətinlik;
Yazı yazarkən çətinlik, yazarkən əlavə hərflər artırmaq və tam əksi, hərfləri əskik yazmaq;

Bəzən oxuma və yazmada çətinliyi qismən aradan qaldıra bilən uşaqlarda disleksiyanın fərqinə varmaq çətin olsa da, 5-6-cı sinfə gəldikdə:

Səsli oxumada çətinlik, sözlərin sonunu deməmə;
Yavaş, ya da səhv oxuma;
Yazıda çox sayda səhvlər (Cümlənin sonunda nöqtə qoymamaq, cümlə başındakı hərfi böyük yazmamaq və s.) buraxmaq
Sözlərin doğru mənalarını bilməmək;
Simvolları öyrənməkdə çətinlik çəkdiyi üçün riyaziyyat dərsində çətinlik çəkmək və s.

Bəs disleksiyanın səbəbləri nə ola bilər?

Bu sual ailələri daim narahat edir. Günümüzdə müxtəlif fərziyyələr olsa da, disleksiyanın səbəbləri bilinməməkdədir. Uşağınız disleksiyalıdırsa, niyə belə olduğunu deyil, bundan sonra nələr edə bilərik sualı ətrafında düşünməlisiniz. Öyrənmədə çətinlik çəkən uşaqlara qarşı zor tətbiq etməməli, onlara kömək edərkən əsəblərinizə hakim olmalı və səbrli davranmalısınız. Təcrübə göstərir ki, valideynlərin bu cür uşaqlarla işləməsi heç bir effekt vermir. Bir sözlə, övladınızda disleksiyanın əlamətlərini aşkarladınızsa,a mütəxəssisə müraciət etməniz mütləqdir.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Azərbaycanda toy günü biabırçılıq: Bakirə olmayan qıza görün nə etdilər

Şirvan Apelyasiya Məhkəməsinin cinayət işləri üzrə kollegiyasında seksual xarakterli zorakılıq və...

"Möhtəşəm yüz il"ə etirazlar: "Boşanmalar ona görə artır

Möhtəşəm yüz il" serialı "Sultan Süleyman" adı ilə Banqladeşdə də nümayiş olunur. Axşam.az-ın...

Havanın temperaturu qaıxır - PROQNOZ

İyulun 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.