Sürücülərin nəzərinə: Bu yolda hərəkət məhdudlaşdırılır – XƏRİTƏ
Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar bu gündən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Zabrat-Maştağa yolu ilə kəsişməsindən Balaxanı qəsəbəsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, məhdudiyyət 2 gün ərzində qüvvədə olacaq.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə olunur”, - deyə məlumatda qeyd edilib.
Rəy bildir
Bənzər xəbərlər
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.