Azərbaycanca По-русски In english
Bundan sonra banklar bağlanmayacaq

Bundan sonra banklar bağlanmayacaq
“Yaxın müddətdə ölkədə hər hansı bankın bağlanacağı real görünmür”.

Oxu.Az xəbər verir ki, bunu Fins.az-a açıqlamasında iqtisadçı-ekspert Cəfər İbrahimli deyib. O bildirib ki, “Banklar haqqında” qanuna edilən dəşiyiklikdən sonra bankların bağlanması gözlənilmir.

Lakin ekspert konsolidasiya tədbirlərinin müzakirə mövzusu olduğunu istisna etməyib: “Banklar bağlanandan çox sonra bunun gətirəcəyi ağır nəticələr görünməyə başladı. Belə ki, banklar bağlanan zaman, sadəcə, əhalinin əmanətləri nəzərə alınırdı və bu rəqəmin çox böyük problemlər yaratmayacağı vurğulanırdı. Amma sonrakı mərhələdə əmanətlərin kompensasiya olunmayan hissəsinin, özəl və dövlət hüquqi şəxslərinin banklarda vəsaitlərinin qalması ortaya çıxdı və bu, iqtisadiyyata ciddi həcmdə ziyan vurdu”.

C.İbrahimli hesab edir ki, Azərbaycanda bankların birləşməsi prosesi davam edəcək: “Xüsusilə də hazırkı qanunverciliklə Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyəti artıb. Məsələn, əvvəl bankın bağlanması ilə bağlı onun səhmdarlarının qərarı daha önəmli idi. Amma indi Palata rəy hazırlayır və birləşmə qərarını verirsə, banklar bundan qaça bilməz. Başqa sözlə, birləşmə ilə bağlı iki bankın səhmdarları arasında müzakirələr nəticə vermirsə, körpü bank vasitəsilə həmin bankın sağlam aktivləri götürülür. Bankda yalnız qeyri-sağlam aktivlər qalır”.

C. İbrahimli bildirib ki, artıq “Ata Bank” və “CDB Bank”ın timsalında bankların birləşməsi üzrə təcrübə baş tutub. Ekspertin fikrincə, növbəti mərhələdə də daha çox səhmdar bazası əlaqəli olan bankların birləşməsi daha real görünür.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Təbii meyvələrlə sağlam arıqlama

Bəzi meyvələr vardır ki,bütün günü heç bir qida qəbul etmədən yalnız onlarla qidalanıb sağlam...

"Uşaqlarınızın ad seçimində diqqətli olun, depressiyaya düşə bilər" -Psixoloq xəbərdarlıq etdi...

Bu gün cəmiyyətimizdə valideynlərin bəziləri doğulan uşaqlarına bir çox hallarda xarici adlar və ya...

Nazir: “Əmək pensiyası üçün staj məhdudiyyəti aradan qaldırılacaq”

Bakı. 24 yanvar. REPORT.AZ/ “Azərbaycanda əmək pensiyası üçün staj məhdudiyyəti aradan...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.