Azərbaycanca По-русски In english
Neft və qaz satışından əldə olunan gəlirlər bəlli oldu

Neft və qaz satışından əldə olunan gəlirlər bəlli oldu
2016-cı ildə mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlər maddəsi üzrə ARDNF-nin büdcəsinə 8 mlrd. 320 mln. manat və ya 5 mlrd. 189,1 mln. ABŞ dolları məbləğində vəsait daxil olub.

Oxu.Az xəbər verir ki, bu barədə ARDNF-nin 2016-cı il üzrə audit hesabatında yer alan məlumatda deyilir.

Hesabatdan məlum olur ki, Azərbaycanda dənizdə və quruda yerləşən yataqların işlənməsi üzrə bağlanmış Hasilatın Pay Bölgüsü haqqında Sazişlərə (HPBS) uyğun olaraq 2016-cı ildə mənfəət neftinin və qazın satışı üzrə daxilolmaların 98,3%-i Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqlarından hasil edilmiş mənfəət neftinin və qazın satışından daxil olub. Belə ki, AÇG yatağı üzrə hesabat ili ərzində 5 100,23 mln. ABŞ dolları, Şahdəniz yatağından hasil edilmiş mənfəət qazının satışından təqribən 63,98 mln. ABŞ dolları (bu məbləğə SOCAR tərəfindən “Şahdəniz” Faza 1 layihəsi çərçivəsində SOCAR (Azərbaycan dövləti) və alıcılar arasında qazın alqı-satqısı üzrə bağlanmış sazişlər üzrə müvafiq illik qaz həcmlərindən artıq olan hissəsinə görə ödənilən vəsait (135 mln. ABŞ dolları) daxil edilməyib) və digər yataqlar üzrə isə 24,9 mln. ABŞ dolları həcmində vəsait daxil olub.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Rəqsanə üçün çətin gün: "Göz yaşlarım dayanmır"

Müğənni Rəqsanə İsmayılovanın anası əməliyyat olunacaq. Axşam.az-ın məlumatına görə, bu haqda...

Bakıda satılan 469 manatlıq ətir saxta çıxdı - İDDİA

"İdeal" adı kimi ideal olmayan ətirlər satır. Milli.Az xəbər verir ki, bunu qafqazinfo-ya...

Azərbaycanda Aşura günü qeyd olunur

Bu gün Azərbaycanda Aşuradır. Oxu.Az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.