Azərbaycanca По-русски In english
İlk dişlər hansı ayda çıxmalıdır

Uşağın ilk süd dişi adətən 7-ci ayda çıxır. 
ilk dihslerAmma ilk dişin 12-ci, ya da 3-cü ayda, hətta daha tez çıxması da normaldır (bu, irsi məsələdir). 

Dişin çıxması prosesi isə ilk dişin görünməsindən çox əvvəl başlayır. Süd dişinin ilk əlaməti seliyin çoxalmasıdır. Uşağın 10 həftəliyindən 3-4 aylığına qədər seliyi axır. Bəzən bu selik axını körpənin ağzının ətrafında, boğazında qızartı əmələ gətirir. Ya da yüngül öskürəyə səbəb olur. Narahatlığa ehtiyac yoxdur, qripin, soyuqdəymənin, allergiyanın başqa əlaməti yoxdursa, öskürək keçib-gedəcək. 

Süd dişlərinin çıxması ardıcıllığı 
dishlerin sirasiŞəkildəki sıralama uşaqların çoxunda müşahidə olunan ardıcılıqqdır. Amma dişlərin çıxması ardıcıllığı bütün uşaqlarda eyni olmur və çox fərqlidir. Adətən ilk dəfə öndəki alt dişlər, sonra yuxarıdakı ön cütlük peyda olur. Daha sonra yanlardakı dişlər çıxmağa başlayır. 

Bəzi uşaqlarda dişlər cüt çıxmaya bilər. Hətta, məsələn, ortadakı cütlükdən biri və bir yan diş eyni vaxtda, cütün o biri tayı və yanındakı diş sonra çıxa bilər. 
Körpənin ilk dişi gec çıxıbsa, sonrakı süd dişləri də xeyli vaxtdan sonra çıxa bilər. 
1 yaşından 3 yaşına qədər uşağın 20 dişi çıxmalıdır. скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Sabahın HAVASI: Qar yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Publika.az-a Ekologiya...

Muxtar Maniyev vəfat etdi

Xalq artisti Muxtar Maniyev vəfat edib. Axşam.az aznews.az-a istinadən xəbər verir ki, M. Maniyev...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.