Azərbaycanca По-русски In english
SON DƏQİQƏ: Ermənilər Füzulini atəşə tutdu: 2 yaşlı Zəhra və bir qadın öldü, yaralılar var

SON DƏQİQƏ: Ermənilər Füzulini atəşə tutdu: 2 yaşlı Zəhra və bir qadın öldü, yaralılar var
İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü

Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.

Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Körpələr üçün xəbərdarlıqdır: 6 aylıq körpəniz üçün fəaliyyətlər

Araşdırmalar, körpələrin ortalama xəbərdar olan bir mühitdə ən yaxşı inkişaf göstərir. Fərqli...

Günaydan yeni fotosessiya

Müğənni Günay İbrahimli yeni fotosessiya etdirib. Axşam.az-ın məlumatına görə, ifaçının stili...

Uşaqların piylənməsinin səbəbi müəyyənləşdi

Harvard Universitetinin alimlərinin apardıqları tədqiqatlar nəticəsində sağlam həyat tərzi sürən...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.