Azərbaycanca По-русски In english
Uşaqlarda tərləmə problemi

Uşaqlarda tərləmə problemi
1. Tərləmə normal bir haldır. Tərləməmə isə bir xəstəlikdir.

2. İnsanda hərəkət və ya artıq güc sərf etməyə bağlı bədəndə enerji əmələ gəlir. Bu enerji tər vasitəsilə bədəndən xaric olunur və bununla da bədənimiz soyuyur. Tərləmə bir növ bizim bədənimizin “soyuma” sistemidir. Təbii ki, körpələr də bu vəziyyətdən istisna deyillər.
3. Burada diqqət edilməli olan xüsus bundan ibarətdir ki, körpənin tər vəziləri əllərində, ayaqlarında və başında daha çoxdur. Buna görə də körpələr bu nahiyələrdən daha çox tərləyirlər. Bu normal haldır. Bu nahiyələr tərlədikdən sonra təbii olaraq soyumağa başlayır və bu zaman valideynləri narahat edən “körpəmin başı, ayağı, əlləri çox tərləyir və sonra da buz kimi olur” şikayəti ortaya çıxır. Buradan əziz valideynlərə demək istəyirik ki, əgər uşağın müayinəsi normaldırsa, körpələrdə bu halın baş verməsi hər hansı bir xəstəliyin əlaməti deyildir və bu orqanizmdə gedən normal fizioloji prosesdir.

4. Tərləmə irsi xarakter də daşıya bilər. Belə ki, valideynləri çox tərləyən uşaqlar da çox tərləməyə meyilli olurlar. Bu durumlarda uşaqları müalicə etməyə ehtiyac yoxdur. Bu normal bir haldır, bunu belə də qəbul etmək lazımdır.
5. Tərləmənin ən çox rast gəldiyimiz səbəblərindən biri də körpənin qalın geyindirilməsi və ya ətraf mühitdə (otaqda, çöldə temperaturun) hərarətin yüksək olmasıdır. Bu baxımdan körpələrin geyiminə və otaq temperaturuna diqqət olunmalıdır.
6. Hər hansı bir səbəbə bağlı olan burun tıxanıqlığı da tərləməyə səbəb ola bilər. Bu baxımdan burun dəliklərinin açıq olub olmadığı kontrol edilməlidir. Körpələrdə burun dəliklərini “duzlu su” (Natri xlorun izotonik məhlulu) ilə asanlıqla açmaq olar.
7. Körpənin yemək yeyərkən, ağlayərkən və ya güc sərf etdiyi hər hansı bir durumda tərləməsinin artması da normal bir haldır.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Körpəniz özünü yaxşı hiss etmir?

Uşağın gözləri xəstələndiyində ,onları 1 və ya 2 faizli bor turşusu məhlulu ilə yumaq lazımdır....

Təbaşir uşaqlarda dəri xəstəliklərinə səbəb ola bilərmi?

Bunu Trend-ə dermatoveneroloq Sevinc Kərimova bildirib. Həmin xəstəliklərin səbəbini əsasən, qida...

Uşaqda qəbizlik

Uşaqlarda qəbizlik 

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.