Azərbaycanca По-русски In english
Havanın temperaturu qaıxır - PROQNOZ

Havanın temperaturu qaıxır - PROQNOZ
İyulun 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah havanın temperaturu gecə 21-24° isti, gündüz 31-36° isti, Bakıda gecə 22-24° isti, gündüz 33-35° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sabah əksər rayonlarda əsasən yağmursuz hava keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacağı gözlənilir.


Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°,Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Ölən arvadına yas verdi - Məlum oldu ki, özü öldürüb

Salyan rayonunda ölən şəxsin qətlə yetirildiyi məlum olub. Bu barədə rayon prokurorluğundan...

40 yaşlı kişi 8 yaşlı qızla evləndi - Gəlin toy gecəsi öldü

A A A Yəməndə 40 yaşlı kişi 8 yaşlı qızla ailə həyatı qurub 8 yaşlı gəlin toyun səhərisi gün vəfat...

Dayanacaqların "iki adaxlısı" var, "adaxlı"nın da ağac dərdi - FOTO

Dünən Baş Dövlət Yol Polisi İdarəsinin və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.