Azərbaycanca По-русски In english
Uşaqlarda piylənmə zəkaya təsir edir

Uşaqlarda piylənmə zəkaya təsir edir
Son illərdə sıx görünən piylənmə (obezite) uşaq sağlamlığına da mənfi təsir edir. "Sağlam və bacarıqlı olmaq üçün daha çox yeməlisən" anlayışı artıq tarixə qovuşur.Belə ki, obez uşaqlar üzərində aparılan araşdırma zamanı uşaqların başına qoyulan elektrotların köməyi ilə beyin dalğaları qeydə alınıb. Zehni funksiyaları göstərən bu elektrik dalğaların obez uşaqlarda pozulduğu təsbit edilib.

Obez uşaqlarda qısa müddətli hafizə və diqqətin pozulduğu da müəyyən olunub. Piylənmənin zamanla zehni funksiyaların yetərincə yerinə yetirilməməsinə səbəb olduğu və zamanla yaşanan unutqanlıq, hafizə itkisinin obezite ilə əlaqəli olduğu ortaya qoyulub.İnsulin həyati dərəcədə önəmlidir.İnsulin yalnız qan şəkərini salan və diabeti önləyən bir hormon deyildir.
Eyni zamanda zehni funksiyaların nizamlanmasında son dərəcə önəmli funksiyalara malikdir. İnsulin, beyin hüceyrələrinin böyüməsi, inkişafı və maddələr mübadiləsi üçün həyati dərəcədə önəmlidir. İnsulin çatışmazlığında beyin hüceyrələrində funksional itki yaranır. Bu hal zehni funksiyaların pozulmasına səbəb olur.Odur ki, piylənmədən əziyyət çəkən uşaqlar fast food kimi hazır qidalardan uzaq durmalı, daha çox tərəvəzli yeməklər, meyvə yeməli, unlu qidalar və işlənmiş şəkərin daha az daxil olduğu pəhriz proqramlarına əməl etməlidir. İdman vərdiş halına gətirilməlidir. Televizor qarşısında keçirilən vaxtın azaldılması və hərəkətdə olmaq məsləhətdir.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Körpəyə qulluq

Körpənizin doğulmasından sonrakı ilk aylar son 9 ay müddətində daxilinizdə ehtiyyatla bəslədiyiniz...

Kəkələmə,səbəbi və müalicəsi

Uşaqlar təxminən üç yaş ətrafında özlərini ifadə etmə qabiliyyətində olduqca ustalaşmışlardır. Bu...

Xanım çempionumuz faciəvi şəkildə dünyasını dəyişdi – ÖLÜM ANI + YENİLƏNİB

Xəbər verdiyimiz kimi, azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.