Azərbaycanca По-русски In english
Ölkədə kimlər yüksək əməkhaqqı alır?

Ölkədə kimlər yüksək əməkhaqqı alır?
2017-ci il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1527,7 min nəfər olub.

Oxu.Az xəbər verir ki, onlardan 881,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 646,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,7 faizi təhsil, 18,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3 faizi tikinti, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2017-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artaraq 522,0 manat təşkil edir. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də, tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Körpələrin 12 aylıq gün rejimi

1-ci ay Dünyaya gəldiyi ilk ay uşaqlar gün ərzində 21 saat yuxuda olurlar. Onlar yuxudan yalnız öz...

Bakı küçələri ermənilərin nəzarətinə keçir - Taksi ilə gələn "bomba" - FOTO

"Yandex.Taksi" şirkətinin Azərbaycanda fəaliyyətə başlayacağına dair xəbərlər ölkə mətbuatında az...

Körpələr necə ünsiyyət qurur?

Bir çox valideyn uşaqlarla ünsiyyətdə olmağı istəyir, baxmayaraq ki, onlar hələ danışa bilmir. ...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.