Azərbaycanca По-русски In english
Gənc analar, övladınızın yemək yemədiyindən giləylənirsinizsə bunlara əməl edin

Gənc analar, övladınızın yemək yemədiyindən giləylənirsinizsə bunlara əməl edin
Körpələr hər dəfə bir qidanı yeməyi xoşlayır. Onlar bir gün yalnız meyvə, o biri gün isə yalnız tərəvəz yeyə bilərlər. Bu cür qidalanma vərdişləri körpənin əhval-ruhiyyəsinin dəyişkənliyi qədər normal olduğu üçün, körpənin bir gün yaxşı yeyib, o biri gün isə, demək olar ki, heç nə yeməməsi təəccüblü deyil.

Bəzən analar özləri qida qəbul etməyən uşaqlara təzyiq edirlər. Belə hallar uşağın yeməkdən daha da soyumasına, yaxud ən yaxşı halda "anam mənimlə daha çox maraqlansın" fikri ilə yeməkdən imtinaya gətirib çıxarır.

Uşaq əgər çox körpədirsə, o zaman ona yemək saatına qədər maye verilməsi azaldılmalıdır. Yox, əgər uşaq artıq 3-4 yaşına gəlibsə, ona yeməsi üçün basqı edilməməlidir. Artıq yemək saatı gələndə uşaq görsə ki, ana onunla maraqlanmır və bu gedişlə o ac qala bilər, o zaman özü yemək istədiyini deyəcək. Bununla da anaların ən böyük problemləri çözülmüş olacaq: "Qəti şəkildə körpələrdə televizordan aldadıcı vasitə kimi istifadənin, böyük uşaqlarda isə basqı edərək yedizdirilməsinin əleyhinəyəm".
Yaşı 3-ə yatmamış uşaqlar televizor qarşısında çox az vaxt keçirməli və ya ümumiyyətlə, televizora baxmamalıdır. 7 yaşa qədər olan limit gündə 1,5 saat, 18 yaşa qədər isə 2 saata qədərdir.

Ana uşaq üstünü çirkləndirməsin deyə lap 5 yaşa kimi onu özü yedirir. Uşaq qaşıq tutmağı belə bacarmır. 6 ayından etibarən uşaqlara qaşıq verilməli və öyrədilməlidir. Əgər otura bilirsə, mütləq yemək masası alınmalıdır. Uşağın belə yemək problemi ilə qarşlaşmaması üçün 1 yaşa çatmadan tərbiyələndirilməlidir. Rejimi olan, yemək üçün şəraiti yaradılan uşaqların yemək yeməməsi mümkün deyil.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Azərbaycan yeni təyyarələr alacaq

Növbəti illərdə Azərbaycanın mülki aviasiyasının inkişafı istiqamətində bir sıra əhəmiyyətli...

Hamilə aktrisa- Vilma Elles podiuma belə çıxdı (FOTO)

Hər dəfə hamilə xəbərlərini təkzib edən aktrisa Vilma Elles gözlənilməz addım atıb. ANS PRESS-in...

Üç valideyni olan ilk uşaq dünyaya gəldi - FOTO

Meksikada DNT-si üç valideynin genetik materialından ibarət ilk uşaq dünyaya gəlib. Oxu.Az xəbər...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.