Azərbaycanca По-русски In english
Analar necə dəyişikliklər yarada bilər

Analar necə dəyişikliklər yarada bilər
2011-ci ilin araşdırmaları ana və ya digər əsas tərbiyəçinin uşağın məktəbə hazırlığına təsirindən söhbət açır.
Evində körpəsi, gəzməyə başlayan körpəsi və məktəbəqədər yaşa gəlmiş uşağı olan 2 000 ailə üzrə 2011-ci ilin araşdırması ananın, yaxud tərbiyə verən digər şəxsin uşağın məktəbə hazırlığına təsirlərini göstərir.

Tədqiqata görə valideynlərin öz övladları ilə təkcə mütaliə deyil, həmçinin hekayələr danışması onun sonrakı illərdə də mütaliə etməyi öyrənməsinə kömək edə bilər. Dİgər araşdırmalar göstərir ki, gəlir və təhsil səviyyəsindən asılı olmayaraq analar uşaqların inkişafı barədə bilikləri varsa və öz körpələrinin də bunlara cavab verdiyini bildirirsə həmin evlərdə dil zənginliyi daha çox olur.

Uşaqlarda mütaliyə etmək həvəsini effektiv şəkildə yaratmaq üçün valideynlər ikitərəfli söhbətlər (dialoji mütaliə) olan kitablardan istifadə edə bilərlər. Dialoji mütaliə uşaqların hekayə danışmasına kömək edir. Bir müddət sonra böyüklər dinləyici olurlar və uşağın ideyalar irəli sürməsi və hekayəsini uzatması üçün ona açıq suallar verirlər.

Yuta Universitetinin 2011-ci il araşdırması evdə ənənəvi uşaq kitablarından, yəni sözlər olmayan kitablardan istifadə edən anaların yeriməyə başlayan böyük uşaqlarının savadı və dil bacarıqlarını müqayisə etmişdir. Araşdırmanın nəticəsinə görə "sözsüz kitablardan istifadə edən analar ilə uşaq arasında dil və ünsiyyət çətinliyi!” yaranır. Beləliklə əgər valideynlər övladlarını "ani yaratmaq” kimi oyunlara təşviq etsələr, onların uşaqları daha çox əylənər və hazırcavab olarlar.

Əgər anaların uşaq inkişafı ilə bağlı məlumatı olsa və həddən ziyadə hazırcavab uşaq yetişdirə bilsə, o zaman o, mütaliyə etməyin əsasını qoymaqla diqqətəlayiq və müsbət dəyişiklik edə biləcək.

Aşağıda savad vermə mərhələlərini təyin etmək üçün ana, ata və uşaqlara qayğı göstərən bütün insanlara lazım olan məsləhətlər verilir:

Körpəlikdən başlayaraq: Uşağın inkişafı ilə bağlı öz pediatrınızdan məsləhətlər alın. Körpənizlə yaxınlığınızı və onun tez cavab verməsini artırmaq üçün mütaliə edin, ikitərəfli dialoqlar aparın və hər gün körpəniz üçün mahnı oxuyun.

Yeriməyə başlayan körpələr: Uşağın inkişaf mərhələri barədə öyrənin. İkitərəfli dialoqlar qurun, mahnı oxuyun, birlikdə kitablar oxuyun və hekayələr danışın ki, aranızdakı yaxınlıq, suallara tez cavab verməsi və söz ehtiyatı artsın. Yeriməyə başlayan övladınızla onu əhatə edən aləmlə bağlı söhbətlər edin.

Daha böyük və məktəbəqədər uşaqlar: Uşaqların inkişaf mərhələləri barədə öyrənin. Yaxın münasibətlər, hazırcavablıq və söz ehtiyatını artırmaq üçün hər gün ikitərəfli dialoqlar qurun, mahnı oxuyun və sözlü və ya sözsüz kitablar oxuyun. Övladınız sözləri və səsləri bilirsə onu hekayə danışmağa sövq edin!скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Ermənistan ordusunda atışma: Zabit və əsgər yaralanıb

Dağlıq Qarabağda yerləşən Ermənistan ordusunun bölmələrindən birində hərbi qulluqçular arasında...

Səhərlər gözəl görünmək üçün bu məsləhətlərə əməl edin

Səhərlər çox zaman yorğun,əzgin görünürsünüz. Buna baxmayaraq, özünüzü tez qaydaya salmaq üçün...

Bakı Metropoliteni qatarların intervalında dəyişiklik etdi

Yay mövsümünün başa çatması, xüsusən yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.