Azərbaycanca По-русски In english
Uşaqlarınızla sərt olmayın

Uşaqlarınızla sərt olmayın
Yəqin ki, çoxlarınız: "Bu uşaq mənim sözümə niyə qulaq asmır?” və ya: "Bu uşaq mənim dediklərimi niyə eşitmir?”-deyə fikirləşmisiniz. Ancaq unutmamalıyıq ki, bəzən uşaqlarımızın dediklərimi eşitməməsi normal bir haldır və burada uşağın heç bir pis niyyəti yoxdur.

Əgər valideyn və uşaq arasında normal ünsiyyət varsa və ailə daxilində gərginlik yoxdursa, yuxarıda qeyd etdiyim hallardan söhbət gedə bilməz. Ancaq bütün bunlara baxmayaraq, uşağınız sözümüzə qulaq asmırsa, bu onun bizim nə demək istədiyimizi başa düşməsindən irəli gələ bilər.

Xüsuilə də, əgər uşağınız yaşı azdırsa, ondan nə istədiyinizi aydın bir dillə izah etməli, mümkün qədər sadə cümlələrdən istifadə etməlisiniz.

Tutaq ki, uşağınıza otağını yığışdırmağı tapşırmısınız. Uşağınız otağını yığışdırdıqdan sonra otağa baxırsınız. Yatağının və oturacağının altındakı oyuncaqlar olduğu kimi orda qalıb. Hətta bəzi oyuncaqların otağın bir küncündə yığıldığını, bəzilərinin isə yatağın üstündə atıldığını müşahidə edirsiniz. Və uşağınız gülümsəyərək sizdən "otağım necədir?”-deyə soruşur. Bu vəziyyətdə siz uşağınızdan "otağını yığışdırdınmı?”-deyə soruşsanız, yəqin ki, o sizə "hə” cavab verəcək. Üstəlik sizdən xoş sözlər gözləyəcək. Əslində uşağınız doğurdan da, otağını yığışdırmış sadəcə olaraq, oyuncaqları lazım olduğu yerə qoymamışdır. Bu da uşağın ilk növbədə sizin ondan nə istədiyinizi başa düşməməsindən irəli gəlir. Əgər siz ona oyuncaqları oyuncaq səbətinə yığmağı tapşırsaydınız, başqa sölə, hər şeyi onun başa düşəcəyi bir şəkildə izah etsəydiniz, yəqin ki, o işini siz istədiyiniz kimi görərdi.

Bəzən uşaqlar nə demək istədiyimizi yaxşı başa düşürlər. Ancaq danışıq tərzimizdən və ya səs tonumuzdan "narahat olduqları” üçün dediklərimizi eşitmək istəmirlər. Halbuki biz onlara qarşı nə qədər sərt olsaq, onlar da bizə qarşı o qədrə sərt olarlar. Buna görə də uşaqlara qarşı daha diqqətli olmaq və daha yumşaq səs tonu ilə danışmaq onlarla daha raha hərəkət etməyə imkan verər.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Bakıda uşağa 5 it hücum etdi

Xətai rayonunda, Zərifə Əliyeva parkında 7 yaşlı qıza 5 it hücum edib. Oxu.Az Qafqazinfo-ya...

"Sahil" metrostansiyası bağlandı

"Sahil" metrostansiyası bu gündən təmir üçün 1 illik bağlanır. Təmir müddətində stansiyada...

Evlənmək üçün ən ideal aylar

İlin bütün aylarında toy etmək mümkündür, ancaq toy üçün ideal görünən və uyğun olmayan aylar var....

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.