Azərbaycanca По-русски In english
"Sahil" metrostansiyası bağlandı

"Sahil" metrostansiyası bağlandı
"Sahil" metrostansiyası bu gündən təmir üçün 1 illik bağlanır.

Təmir müddətində stansiyada quraşdırılmış "LT-3" tipli 3 eskalator sökülərək, yerində Almaniyanın "ThyssenKrupp Fahrtreppe" şirkətinin "Viktoriya" tipli 4 eskalatoru quraşdırılacaq.

"Sahil" stansiyasında quraşdırılacaq eskalator əvvəlkilərdən bir çox üstünlükləri ilə fərqlənəcək.

Məlumata görə, eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması da nəzərdə tutulub. Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənəcək.

Qeyd edilənləri nəzərə alaraq, "Bakı Metropoliteni” QSC sərnişinlərin diqqətinə çatdırır ki, avqustun 20-dən etibarən qatarlar "Sahil" stansiyasında dayanmadan "İçərişəhər" və əks istiqamətdə hərəkət edəcək. Təmir işlərinin 2018-ci ilin iyun ayının sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

“Azəriqaz” qaz sayğaclarına limit qoydu

İndiyə qədər qaz sayğacları üçün smart kartınızın balansını artırmaq üçün maksimum iki min manat...

Metronun "Sahil" stansiyası bağlanır

Bakı metropoliteninin "Sahil” stansiyası bu ayın sonundan təxminən 1 illik təmirə bağlanacaq. Bu...

Nazirlik həyəcan təbili çalır: Zığda sürüşmə aktivdir – FOTO

“Zığ qəsəbəsində 43 saylı binanın qarşısında qrunt sularının ərazidən uzaqlaşdırılması...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.