Azərbaycanca По-русски In english
Bu uşaqlar ərköyündür

Bu uşaqlar ərköyündür
Heç bir uşaq təmizlik etməkdən xoşlanmaz, amma bir uşağın 4-5 yaşına gəldiyində artıq öz oyuncaqlarını toplamaya, öz ayaqqabılarını yığışdırmağa başlaması lazımdır. Amma ərköyün bir uşaq bu kiçik işləri belə etmək istəməz.

Ərköyün uşaqlarda böyük-uşaq ayrı-seçkiliyi çox olmaz. Yaşına baxmadan, bütün böyüklərin davamlı onlarla maraqlanmasını və onları dinləməsini istəyərlər.

Bəzi vəziyyətlərdə uşağınız sizi istəmədən utandıra bilər, amma ərköyün uşaqlar sizi bilərək və istəyərək insan içində utandırar və diqqəti cəlb etmə adına sizi alçaq edə biləcək davranışlarda ola bilər.

Paylaşma fikri kiçik uşaqlar üçün öyrənməsi çətin bir vəziyyətdir. Amma bir uşaq 4 yaşını keçdikdən sonra oyuncaqlarını, yeməkləri və s. şeyləri qardaşlarıyla və yoldaşlarıyla paylaşma istəyinə sahib olar. Ərköyün uşaqlar paylaşmaz.

Valideynlər, ya da baxıcı uşaq üçün bir nüfuzlu fiqurudur və onun dediklərinə uyğun gəlmək məcburiyyətindədir. Uşağınıza bir şeyi etməsi üçün yalvarmaq məcburiyyətində qalmamalısınız, amma ərköyün bir uşağınız varsa, bu, ümumiyyətlə belə olar.

Heç bir uşaq "xeyr" sözündən xoşlanmaz, amma onunla danışarkən sizi görməməzlikdən və eşitməzdən gəlməsi onun ərköyün bir uşaq olduğunu göstərər.

Bir uşaq 4 yaşına gəldiyində tək başına oyun oynaya bilməli, ya da tək başına oyun oynamağı istəyə bilməlidir. Davamlı anası, ya da atasıyla oyun oynamaq istəməsi, ola bilər onun maraq ehtiyacından qaynaqlanır.

Valideynlərin uşaqlarına təkrarlanan işlərini etmələri üçün pul, oyuncaq, şəkər və s. kimi rüşvətlər verməməsi lazımdır. Amma ərköyün bir uşağa rüşvət vermədən bir şey etdirmək çox çətindir.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Badamdar sürüşmə zonasında son vəziyyət - YENİLƏNİB

Sürüşmə sahəsi üzərində süxur qırıntılarının yola doğru hərəkəti müşahidə olunub....

Gənclərə XOŞ XƏBƏR

Azərbaycanda gənclər işə düzələrkən güzəştlər əldə edəcəklər. Oxu.Az Trend-ə istinadən xəbər veir...

Necə uşaqlar valideynlərlə manipulyasiya edirlər

Hər ailə belə problemlə rastlaşır, necə nə bahasına olursa olsun arzu olunanı almağa uşağın cəhdi....

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.