Azərbaycanca По-русски In english
Uşağı dodaqdan öpmək düzgündür?

Uşağı dodaqdan öpmək düzgündür?
Kimi ailələr uşaqlarını dodaqlarından öpmənin sevgi və şəfqət göstəricisi olduğunu düşünərkən, kimiləri isə bu öpüşlərin qəribə və itələyici olduqlarını düşünür, belə davranan anaları tənqid edirlər. Yaxşı, elm adamları bu mövzuda nə söyləyir?

Uşağı dodaqdan öpmək doğrumu?
Kiçik öpüşlər, birinə qarşı olan sevgi və mərhəmətin ən gözəl ifadəsidir. Alına, yanaqlara ya da qollara qoyulan öpüşlərin uşaq üçün tamamilə qəbul edilə bilər olmalarına baxmayaraq, valideynlərin bir çoxu, uşaqlarını əsla dodaqlarından öpmürlər və bu vərdişi, qəribə və itələyici olaraq görürlər.

Aktrisa Jessica Alba, bir reportajında uşaqları dodaqlarından öpmənin niyə təəccüblü olduğunu anlamadığını, evcil heyvanların sahiblərinin üzlərini yalamalarının çox qəbul edilə bilər olduğunu söylədi. Bu reportajdan sonra, dünya ümumisindəki bir çox ana, Albanın fikirlərini sərt bir şəkildə tənqid etdi.

Elmi görüş gigiyenaya diqqət çəkir
Ana ilə uşaq arasındakı öpüşlərin üzərinə elmin də söyləyəcəyi şeylər var. Amerikan Periodontoloji Akademiyası, anaları, körpələrini dodaqlarından öpməmələri mövzusunda xəbərdar edir, çünki yeni doğan körpələrin ağızlarında, diş çürümələrinə ya da periodontal xəstəliklərə səbəb olan bakteriyalar yoxdur və bu bakteriyalar, dodaqlara qondurulan sadə bir öpüşlə transfer edilə bilərlər. Və bakteriyalar uşağın ağızına girdiklərində, yemək və içkilərdən alınan şəkəri diş çürüdən turşulara çevirməyə başlarlar.

Akademiya, ailədə tək bir adam belə periodontal bir xəstəliyə sahib olduğunda, bütün ailə fərdlərinin bundan təsirlənə biləcəyini ifadə edir, çünki öpüşmək, yemə içmə əşyalarını paylaşmaq, öskürmək, asqırmaq vs tüpürcəyin bulaşmasına səbəb olur.

Akademiyadan diş həkimlərinə görə, öpüşmək, diş əti çəkilməsinə səbəb olanlar da daxil olmaq üzrə 500 fərqli mikrob növünün yayılmasına gətirib çıxarır. Valideynlər ilə uşaq arasındakı bir öpüş belə diş əti çəkilməsinə səbəb ola bilir.

Bir-birlərini dodaqlarından öpən yetkinlər mikrob daşısalar da uşaqlar, immunitet sistemləri tam olaraq inkişaf etmədiyindən daha həssaslar.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Uşaqlarda piylənmə zəkaya təsir edir

Son illərdə sıx görünən piylənmə (obezite) uşaq sağlamlığına da mənfi təsir edir. "Sağlam və...

Maaşlar 10 faiz qalxdı, ərzaq 100 faiz bahalaşdı

Yanvarın 1-dən Türkmənistanda büdcə təşkilatlarında çalışanların maaşı, təqaütlər, pensiya və...

Nazim Məcidov: Bulvarda ilanın olması bizə siqnaldır

Nazim Məcidov: Bulvarda ilanın olması bizə siqnaldır...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.