Diş çıxarmanın 6 əsas əlaməti
Dişin çıxması prosesi ilk dişin görünməsindən çox əvvəl başlayır
selikli-ushaq
Uşağın ilk dişi adətən 7-ci ayda çıxır. Amma hər uşağın özünəməxsus olduğunu nəzərə alsaq, ilk dişlərin 7-ci aydan tez, yaxud gec çıxması da normaldır.
Dişin çıxması prosesi isə ilk dişin görünməsindən çox əvvəl başlayır. Odur ki, uşağınızın dişlərindən əvvəl onun əlamətlərini görə bilərsiz. Uşaqlarda diş çıxarmanın 6 əsas əlaməti müəyyən olunub.
1. Selik. Seliyin çoxalması dişin çıxmasının birinci əlamətidir və selik özünü dişdən çox əvvəl göstərməyə başlayır. Uşağın 10 həftəliyindən 3-4 aylığına qədər seliyi axır. Bəzən selik körpənin ağzının ətrafında, boğazında qızartı əmələ gətirir, ya da yüngül öskürəyə səbəb olur. Yəni qripin, soyuqdəymənin, allergiyanın başqa əlaməti yoxdursa, öskürəyə səbəb selikdir. Seliyə səbəb diş!
damagin-masaji2.Qaşıntı. Uşaqların dişi çıxanda damağı qaşınır, ya da damaqda göy ləkələr əmələ gəlir. Həkimlər narahat olmamağı məsləhət görür, ləkələr də, qaşıntı da öz-özünə keçib gedəcək. Bərk, soyuq şey, məsələn, kök "gəmirərsə” dişə cavab reaksiyası vermiş olar, uşaq rahatlayar (diş artıq çıxıbsa, kök verməyin, dişləyə bilər).
Yaxud damağı masaj etmək olar. Uşaqlar adətən özləri barmaqlarını çeynəyərək bunu edirlər. Ananın müdaxiləsi əvvəl xoşa gəlməyə bilər, ancaq damağa təzyiq uşağı rahatladıqca sakitləşir.
3. Ağrı. Uşaqları adətən ilk dişlər incidir. Zərif damaq dişin çıxmasına müqavimət göstərərək ağrıyır. Və diş damağı yarmağa başlayanda ağrı o qədər olur ki, uşaq hər şeyə qıcıqlanır. Bəzi uşaqları diş heç ağrıtmadığı halda, bəziləri həftələrlə ağlaya bilər. Elə olur ki, dişin ağrısı qulağa, yanağa vurur. Uşaq üzünü, qulağını ovuşdurmağa başlayır (amma bu hərəkətə səbəb qulaq ağrısı da ola bilər).
Ağrı uşağın qidalanmasına mane olur. Dişi çıxan uşaq damağı ağrıdığı üçün bərk qidadan, bəzən hətta butılkadan, döşdən imtina edir. Narahat olmayın, ağrı keçən kimi körpəniz yenə yemək istəyəcək. Əlbəttə, uşaq yeməkdən gündə bir neçə dəfə imtina edərsə, həkimlə məsləhətləşmək lazımdır. Yalnız bərk qidadan imtina edirsə, hələlik ana südü və ya süni qida ilə kifayətlənmək olar.
dish-chixaran-aglayan-qiz4. Yuxusuzluq. Diş uşağı təkcə gündüz deyil, gecə də incidə bilər və nəticədə rahat yatan uşaq da gecələr oyanmağa başlayar. Bu halda uşağa tez-tez döş verməyə, onu davamlı olaraq qucaqda saxlamağa, yelləməyə tələsməyin. Unutmayın ki, ağrı müvəqqətidir (çox vaxt uşağı yalnız ilk diş incidir) və uşağın özünün sakitləşməsini gözləyin. Əks halda sizin reaksiyanız vərdişə çevrilər və uşaq dişi ağrımayanda da gecələr yemək, qucaqda gəzmək istəyər.
Yatmamışdan əvvəl uşağı havada gəzdirmək, vanna etmək, damağın masajı faydalı olar.
5. Temperatur. Elə uşaqlar var ki, dişi çıxanda bədəninin hərarəti artır. Normalda temperatur yalnız 38 dərəcəni keçərsə, həkimlə məsləhətləşib, uşağa dərman vermək lazımdır. Ancaq elə uşaqlar var ki(məsələn, əmgəyi bitişməyən), qızdırmaya davamı aşağıdır. Bu halda uşağın temperaturu 38 dərəcəyə çatmamış tədbir görmək gərəkdir.
Bütün hallarda temperatur çox qalxmasa belə, 3 gündən artıq davam edərsə, həkimə müraciət etmək zəruridir.
6. Diareya. Bəzi uşaqların dişi çıxanda bağırsaqları pozulur. Əlbəttə, pozuntuya məhz dişin səbəb olduğunu analar müəyyən edə bilməz. Odur ki, uşağın nəcisində dəyişiklik olan kimi həkimə müraciət etmək vacibdir.
Rəy bildir
Bənzər xəbərlər
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.