Azərbaycanca По-русски In english
Azərbaycanda builki qış turizmi ilə bağlı PROQNOZ

Azərbaycanda builki qış turizmi ilə bağlı PROQNOZ
Bu ilin qış turizm mövsümü ərzində Azərbaycana ilk növbədə Rusiya, Gürcüstan, İran, Türkiyə və ərəb ölkələrinin vətəndaşlarının turist kimi səfər edəcəyi gözlənilir.

Oxu.Az xəbər verir ki, Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Trend-in sualına cavab olaraq deyib ki, istər yay, istərsə də qış turizmi mövsümündə Azərbaycanda hədəf ölkələr hədəf bazarları sayılırlar: "Bu ölkələr ilk növbədə Rusiya, Gürcüstan, İran, Türkiyə və ərəb ölkələridir. Son vaxtlar ərəb ölkələrindən Azərbaycana turist axını intensiv şəkildədir. Bu axınların mövsümü yoxdur. Onlar həm yayda, həm də qışda Azərbaycana gəlirlər”.

Nazir müavini qeyd edib ki, dünya praktikasında da yay turizm mövsümü qış turizm mövsümü ilə müqayisədə daha güclü olur: "Yayda istənilən ölkəyə, o cümlədən Azərbaycana daha çox turist gəlir".

N.Səmədov qeyd edib ki, bu ilin iyun-avqust ayları ərzində rayonlara 860 mindən çox Azərbaycan vətəndaşı səfər dib: "Bu ilin 8 ayı ərzində isə bu rəqəm 1 milyon 200 min nəfər olub. Yəni, yay ayları üzrə olan göstərici 8 ayın göstəricilərinin 70 faizini təşkil edir".скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Şagirdin çantasının çəkisi onun bədən çəkisinin 10%-dən çox olmamalıdır

Hər bir uşağın daşıdığı çantanın çəkisi onun bədən çəkisinin 10 faizindən artıq olmamalıdır. ...

Südün böyük təhlükəsi aşkarlandı

ABŞ-ın xəstəliklərə nəzarət və profilaktika Mərkəzinin mütəxəssisləri pasterizə olunmamış süddən...

Dərsdə ölən 7 yaşlı qızla bağlı açıqlama

Lənkəranda 7 yaşlı qızın ölümünün bəzi təfərrüatları məlum olub. Lənkəran şəhər 7 saylı orta...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.