Azərbaycanca По-русски In english
Özünə dəyər ver

Özünə dəyər ver
Gəl bu gün yaşamağı sına. Sevin. Həyata göndərilmisənsə, yaşaya biləcək qədər güclüsən demək ki. Gülümsəməyi sına. Sənə yönələn boş baxışlara inad, yaşadığın uğursuzluqlara inad, yorğunluqlara, durğunluqlara inad gülümsə. Elə içdən ki, işıqlansın ən qaranlıq bucaqlar belə. Gəl bu gün görərək baxmağı sına.Gördüyün hər şeyi yenidən kəşf et. İki bulud örtdü deyə günəşi inkar etmə gəl. Düşün bir az... Sən tək deyilsən... Səninlə birgə doğulan, nəfəs almağa səninlə başlayan, həyatının hər anında yanında olan biri var. Sən ağlasan ağlayar, gözlərinizdən yaş bir axar. Gülsən, üzündə güllər açar. Sevincini də, kədərini də ən içdən hiss edən, bir kəlmə danışmasan belə səni anlayan bir varlıq var həyatında və bir gün getmək vaxtı çatdığında gözünü qırpmadan səninlə gələcək, son nəfəsini nəfəsinə qatacaq, o. Kimliyini bilmək istəsən, sadəcə güzgüyə bax. O, sənin "öz"ündür. Gəl özünə dəyər verməyi sına. Həyatı sevməyə özündən başla.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

ŞAD XƏBƏR: 4,2 milyard dollar köçürülür, manat bahalaşacaq

“Neft Fondu Mərkəzə Banka il ərzində indiki məzənnə ilə 4,2 milyard dollar köçürəcək. Bu təxminən...

Bakı polisi Aşurada zəncir vurmağa qoymadı!

Cebhe.info paytaxtın Məşədi Dadaş və Hacı Sultanəli məscidində Aşurada çəkilmiş fotoları təqdim...

Havanın temperaturu qaıxır - PROQNOZ

İyulun 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.