Azərbaycanca По-русски In english
Hamiləlikdə dəri baxımı

Hamiləlikdə dəri baxımı
Hamiləlik dövrü bədən üçün fərqli bir dövr olduğu üçün hamiləlikdə dəri baxımı son dərəcə əhəmiyyətlidir. Hamiləlik dövrü hormonal və fiziki dəyişikliklərin ən sürətli və ən nəzərə çarpan bir şəkildə meydana gəldiyi dövrdür. Bu dövrdə sızanaq, çatlar, ləkələr və dəri quruluğu normal zamana görə çox olur. Bu vəziyyət ilə başa çıxa bilmək üçün tətbiq edə biləcəyiniz bəzi üsullar vardır.

-Hamiləlik düşüncəsi içindəsinizsə dəri baxımınıza hamiləlik əvvəli başlamaq sizin üçün çox daha sağlam olacaq.

-Dərinizə ilk aylardan etibarən baxım yağları tətbiq edin. Xüsusilə qarın və qıç bölgənizə çatlar üçün təklif edilən baxım yağlarını tətbiq edin.

-Su içmək dərinin quruması və çatlamasını önləmədə ən əhəmiyyətli yollardan biridir. Gün içərisində kifayət qədər su içdiyinizdən əmin olun.

-Nizamlı olaraq peeling edin. Dərinizə peeling tətbiq edərkən kimyəvi maddə ehtiva etməyən təbii peelinglərdən faydalanın.

-Gün içərisində dərinizi sizə uyğun olan və keyfiyyətli bir nəmləndirici ilə nəmləndirin.

-Axşamları yatmadan əvvəl dərinizə yüngül masajlar tətbiq edin.

-Hamiləlik müddətində yüngül templi yürüyüşlər etmək həm körpənizin həm də sizin sağlamlığınız üçün son dərəcə əhəmiyyətlidir.

-İstifadə etdiyiniz bütün məhsullarda kimyəvi maddələrdən uzaq dayanmağa çalışın.

-Təmizləyici olaraq saf zeytun yağı sabunu xaricindəki sabunları istifadə etməyin. Dərinizdə quruluğa səbəb ola bilər.

-Günəş kremi seçərkən ləkə əleyhinə olmasına daha çox diqqət yetirin.

-İstifadə etdiyiniz məhsulları həkiminiz ilə məsləhətləşin.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”

Yəqin ki, küçədə, parkda, metro və ya avtobusda uşağının üstünə qışqıran, hətta vuran valideynlərə...

Uşaq inkişaf dövrlərinin Xüsusiyyətləri psixoloq mesleheti

5-15 YAŞ Uşaqlarının INKISAF XÜSUSİYYƏTLƏRİ İnsan inkişafı döllənmədən başlayaraq həyatın sonuna...

Uşaqların üzünüzdə təbəssüm yaradacaq ağlama səbəbləri :)

Uşaqların ağlamağı nə qədər üzücü, təşviş verici bir hal olsa da, bəzən onların çox qəribə...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.