Azərbaycanca По-русски In english
Uşaqlardakı bu xəstəlikləri müalicə etdirməyin!

Uşaqlardakı bu xəstəlikləri müalicə etdirməyin!
Uşaqlardakı bu xəstəlikləri müalicə etdirməyin!
"Təəssüf ki, həkimlərin uşaqlara səhv diaqnoz qoyması hallarına tez-tez rast gəlirik”.

Qadınla.comun məlumatına görə, bunu medicina.az-a uzman pediatr Altay Abdullaoğlu deyib. Onun sözlərinə görə, əsasən aşağıdakı xəstəliklərlə bağlı səhvlər edilir:
1. Kəllədaxili təzyiq
2. Timus
3. Hipoksiya (oksigen catışmazlığı)
4. Nevroloji uşaq

Həkim qeyd edib ki, bu xəstəliklər səbəbilə kurslarla müalicə alan yetərli sayda körpə uşaq var: "Azərbaycanda olduğum müddətdə mənə bu diaqnozla müraciət edən xəstələrin 99 %-nin tamamilə sağlam olduğunu müşahidə etmişəm. Çox vaxt körpələrdə olan bəzi normal əlamətlər xəstəlik olaraq qəbul edilir və buna uyğun olaraq kurs müalicələrə başlanılır. Bu əlamətlərdən ən çox rastladıqlarımız körpələrin ağız ətrafında müşahidə olunan göyərmələr, ağlayanda çənənin əsməsi, gecələr səbəbsiz bir şəkildə ağlamalar, dilin bayıra çıxarılmasıdır. Bildirmək istəyirəm ki, bu əlamətlər xəstəlik əlaməti deyildir və körpələrdə rast gəlinən normal, fizioloji haldır”

Əgər körpənin müayinəsində digər əlamətlər görünməzsə bu əlamətlər müstəqil bir surətdə hər hansı bir xəstəliyin əlaməti hesab olunmur və tamamilə normal bir haldır. Bu əlamətlər zamanla öz-özünə keçib gedəcəkdir. Ona görə hər kəsə tövsiyəmiz odur ki, körpələrin orqanizmini lazımsız müalicələrlə yükləməsinlər”.скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Toz körpəniz üçün çox təhlükəlidir!!

Tozlar hər kəsin evində olan, gözlə görülməyəcək qədər kiçik olan ölçülərinin 0,1-0,5 mm arasında...

"Azercell" SABAH tələbələrinin inkişafına dəstək verir

Azercell Telekom MMC SABAH qrupları tələbələrinə dəstəyini davam etdirir. Azercell Akademiyası...

Prezident Administrasiyasında yeni şöbə yaradılıb

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yeni şöbə yaradılıb....

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.