Azərbaycanca По-русски In english
Xoşbəxt olmaq istəyirsinizsə…

Xoşbəxt olmaq istəyirsinizsə…
Bunun sirri nədədir? Bəzən ailələr nigahdan sonra öz həyat yoldaşları ilə nəzakətli olmurlar. Bunu, müəyyən ailə məsələləri ilə əlaqələndirirlər. Əlsində bu düzgün deyil. Kaş hər kəs öz həyat yoldaşı ilə münasibətdə kənar şəxslərə olduğu kimi nəzakətli olsalar. Onda hər şey öz axarını taparaq, insanı xoşbəxtliyə aparar

KOBUDLUQ – bu, sevgini gəmirən xərçəngdir. Bunu hər kəs bilir, bununla belə, yaxşı məlumdur ki, biz yadlarla öz qohumlarımızla olduğundan qat-qat çox nəzakətli oluruq. Nə qədər qəribə olsa da, bizə incidici sözlər deyən yeganə adamlar bizim öz ailə üzvlərimizdir.

Nəzakət, ailə həyatı üçün mühərrikə yağ lazım olan qədər vacibdir. Hər bir kişi bilir ki, nəvazişlə o, öz həyat yoldaşından istədiyi hər şeyə nail ola bilər və bunun müqabilində qadın heç nə tələb etməz. Kişi bunu da bilir ki, o, həyat yoldaşına keçən ilki paltarda necə yaxşı göründüyünü və həmin paltarın ona necə yaraşdığını demiş olsa, onda qadın həmin paltarı Parisin ən son dəbli paltarına belə dəyişməz. Eyniylə də qadın, öz həyat yoldaşını nə qədər uca tutsa, ər hər zaman həmin qadına sonsuz sevgi bəsləyəcəkdir. Bir-birinizə qayğı göstərməkdə çəkinməyin.
Güllər hələ qədim vaxtlardan sevgi-məhəbbətin dili olub. Onların qiyməti elə de baha olmur, xüsusən mövsüm çağında. Lakin çox nadir hallarda əlində gül buketi ilə evə gələn bir kişi görərik. Həyat yoldaşınıza, sevdiyiniz xanıma bir neçə gül gətirmək üçün onun xəstəxanaya düşməsini, ad gününün olmasını, əlamətdar bir günün olmasını gözləməyin. Bir gül belə onun necə sevindiyini sizə göstərə bilər. Cəhd edin, özünüz görəcəksiniz. Qadınlar doğum gününə və digər ildönümlərinə çox böyük əhəmiyyət verirlər. Niyə? Bu, əbədiyyətə qədər qadın sirlərindən biri kimi qalacaqdır. Bəzən adi günləri unutmaq olur, amma elə günlər var ki onların unudulması qeyri-mümkündür. Çalışın bir-biriniz üçün əhəmiyyətli olan günləri unutmayasınız. Ailə faciələrinin əksəriyyətinin kökündə gündəlik həyatın xırda məsələləri durur. Ər işə gedəndə həyat yoldaşı ona əl yellədərək sağollaşmaq kimi adi bir şey və ya ər, hirslənmiş qadınını qucaqlayaraq onu öz köksünə sıxaraq təsəlli etməsi bir çox boşanmaların qarşısını ala bilər.

Əvvəl-axır – nigah adiləşmiş epizodlar sırasıdır. Siz çalışın ki nigahla bərabər öz sevginizi, hörmətinizi də davam etdirəsiniz. Elə edin ki, siz bu sözləri demək məcburiyyətində qalmayasınız:
"Günlərimi qaraldan sevginin getməsi deyil, onun boş şeylərə görə getməsidir”.
Əgər siz xoşbəxt ailə həyatınızı qoruyub saxlamaq istəyirsinizsə:скачать dle 10.3фильмы бесплатно




Rəy bildir



Bənzər xəbərlər

Prezident ADU ilə bağlı sərəncam verdi

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dillər Universitetinin (ADU) yenidən təşkili haqqında...

Bakıda universitet binasında yanğın – YENİLƏNİB + FOTO

Bakıda Kooperasiya Universitetinin idman zalında baş vermiş yanğın söndürülüb. Oxu.Az-ın APA-ya...

Qaçqın və məcburi köçkünlərin güzəştləri ləğv ediləcək

"2017-ci ildə qaçqın və məcburi köçkünlərin elektrik enerjisindən güzəştli istifadə üçün dövlət...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.